Yuxarı

Gənc "terrorçu" Ağcabədini ayağa qaldırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 4-də saat 1.00 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə FHN-dən naməlum şəxsin zəngi barədə məlumat daxil olub.

DİN-nin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, məlumatda “112 Xidməti”nə zəng edən bir nəfərin özünü təqdim etmədən “bomba var” sözlərini deyərək dəstəyi asması bildirilib.

Dərhal görülmüş tədbirlərlə zəngin Ağcabədi şəhərindən edilməsi müəyyən edilib.

Bu barədə ərazi aidiyyatı üzrə Ağcabədi RPŞ-yə məlumat verilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin rayon sakini 24 yaşlı Nurlan Cəbrayılov olması müəyyən edilib və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib.

İlkin araşdırmalarla onun analoji cinayətə görə 2014-cü ildə Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə məhkum edilməsi, cari il martın 16-da isə Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi müəyyən edilib.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2017.08.05 / 22:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla