Yuxarı

Qadın olmağın çətin olduğu 22 ölkə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəlkə də qadın olmaq hər yerdə, bütün ölkələrdə çətindir?! Bu sual hələ də aktuallığını itirməyib və yəqin ki, hələ uzun müddət cavab da tapılmayacaq.

Amma "betərin də betəri var" deyirlər. Bəzi ölkələr var ki, o ölkələrdə qadın olmaq çox çətindir. Məlumatları izlədikcə bəlkə də həmin ölkələrdə qadın olmağın nə qədər ağır olduğunu hiss edib orda dünyaya gəlmək istəməzsiniz. Beləliklə, qadınların yaşayışının çətin olduğu ölkələrin siyahısını təqdim edirik.

Misir

Misirdəki qadınların 99.3%-i cinsi təcavüzə, 91%-i isə qadın sünnətinə məruz qalır. Ölkə siyasətindəsə demək olar ki, təmsil olunmurlar. Şəkildə gördüyünüz qadın, "cinsi təcavüzə yox!" mitinqində iştirak edən bir misirli qadındır.

İraq

İraq parlamentində qadın millət vəkili yoxdur. Bundan əlavə, iraqlı qadın pasport almaq istərsə, kişi qohumunun icazəsini almalıdır. Şəkildəki qadın isə 2013-ci ildəki seçkilərdə səsvermədə iştirak edən qadına aiddir.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qadınların maşın idarə etməsinə qanunla qadağa qoyulub.Bu ölkədə təcavüz və nikahdan kənar cinsi əlaqə "zina" sayılır.

Suriya

Suriyada qadınlar üçün qanuni evlilik yaşı 17-dir. Amma burda hətta qızlar 12-13 yaşında da evləndirilir.

Yəmən

Yəməndə qızların yalnız 53%-i ibtidai sinfə göndərilir. Qadınların mində ikisi doğum əsnasında həyatını itirir.

Sudan

Sudanda qızlar üçün qanuni evlilik yaşı 10-dur. Hər 30 qadından biri hamiləlik zamanı həyatını itirir.

Livan

Livan qanunlarına görə təcavüz edən adam, təcavüzə uğrayan qadınla evlənmə haqqına sahibdir. Qeyri-qanuni abort edən qadın isə 7 il həbsə məhkum olunur.

Fələstin

Fələstində qadınların oxuma-yazma faizi 92.6%-dir. Lakin ölkənin iş həyatında qadınların rolu çox azdır. Qadınlar üçün evlilik yaşı, Qərbi Şəriyədə 15, Qəzzada isə 17-dir.

Somali

Daxili müharibələr nəticəsində həddindən artıq zərər görən Somalidə 2012-ci ildə doğum əsnasında ölüm sayı dünyada rekord həddə çatıb. Ayrıca hazırlanan bir hesabata görə, Somalidəki düşərgələrdə hər il 1200 qadın təcavüzə məruz qalır.

Cibuti

Bu ölkədə cinsi təcavüzləbağlı qanun yoxdur. Qadınların 93%-i qadın sünnətinə məruz qalır.

Bəhreyn

Bəhreyndə qadınların 33%-i ailədaxili şiddətə məruz qalır. Bir qadının şahidliyi, yarım adamın şahidliyinə bərabərdir. Bu da o deməkdir ki, 2 qadın, 1 kişiyə tay tutulur.

Mauritius

Mauritiusda qadınların yalnız 9%-i doğum yoxlanışından keçir. 1 aylıq körpəykən 69%-i qadın sünnətinə məruz qalır.

Birləşmiş Ərəb Əmirliyi

Birləşmiş Ərəb Əmirliklərində evlilikdən kənar uşaq dünyaya gətirmək həbslə nəticələnir. Müsəlman olmayan bir kişi ilə evlənmək də qanuna görə qadağandır.

Liviya

Liviyada da durum fərqli deyil. Burda da qadınların 99%-dən çoxu ailədaxili şiddətə məruz qalır.

Tunis

12 Dekabr 2012-ci il tarixində Tunis dövlətinin ilk "Ailə daxili şiddət mərkəzi və təcili yardım xidməti" açılıb. Tunisdə qadınlar eyni işdəçalışdığı halda, kişiyə görə 33% daha az maaş alır.

Məlumat üçün bildirək ki, Qətər, Küveyt, Kəmərlər, Oman, İordaniya kimi ölkələrdə də oxşar vəziyyət yaşanmaqdadır.

Tarix
2013.11.21 / 04:45
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla