Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 May 2018


Uşaqlar üçün təhlükəli nağıllar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün uşaqlar günüdür - 1 iyun. Bu təqvimdə "Axar.az" oxuculara uşaqlarımızla bağlı mühüm bir siyahını təqdim edir. Bu siyahını "samizdat nağıllar" da adlandırmaq olar. Çünki həmin nağılların məzmunu və rəvayəti övladlarımızın psixoloji ovqatına mənfi təsir edə bilər. Gəlin siyahı ilə tanış olaq:

Qarğa ilə Tülkü

Bu nağılı çoxumuz bilirik. Qarğa bir pendir tapar və ağaca qonaraq onu yeməyə başlayar. Tülkü isə hiyləgərlik edərək qarğanı aldadıb pendiri ondan oğurlayıb yeyir. Uşaqlara aldatmağın, oğurluğun pis bir şey olduğunu öyrətsək də, bu nağıl bunun gülməli və maraqlı bir şey olduğuna inandıracaq. Beyni inkişafda olan uşağın bu hekayədən aldığı dərs isə birini aldadaraq və yalan söyləyərək əlində nə varsa ala bilməkdir.

Avqust Böcəyi ilə Qarışqa

Bu nağıl uşaqların ağıllarını başlarından alan, onları qarışqa düşməni edən, yardımlaşmanın, bir-birinə dəstək olmanın pis bir şey olduğunu aşılayan bir hekayədir. Burada uşaqlarımıza çalışqanlığı, əməksevərliyi ilə nümunə göstərdiyimiz qarışqaların bir böcəyi işləmədiyi üçün ölümə tərk etmələrindən danışılır.

Qarışqaların necə zəhmətkeş bir heyvan olduğunu danışdığımız uşaqlar dediklərimizə deyil, bu nağıla daha çox inanacaq. Bu isə onda heyvanlara nifrət oyatmaqla yanaşı, həm də zəhmət çəkməyən insanın ölümə məhkum olduğuna inandıracaq. Bunu öyrənən uşaq yardımlaşmanı, çətin vəziyyətdə olanlara əl uzatmağı öyrənməyəcək. Nağıl kapitalist nizamı təlqin edən bir nağıldır. Sən də çalış sənin də qarının doysun, yoxsa ölərsən!

Rapunzel

Nağllın elə əvvəlindən Rapunzelin atası cadugər bağçasından iki dəstə kahı götürdüyü üçün bunun qarşılığında körpə qızını cadugərə verir. Psixoloqlar deyir ki, ana və atanın iki dəstə kahı üçün övladından imtina etməsini uşağa izah etmək mümkün deyil. Bu onda təbii olaraq valideynə qarşı inamsızlıq yaradır. Nağılda cadugər qızı aldıqdan sonra bir qalaya həbs edir və saçlarını da illərlə kəsmir. Psixoloqlar deyir ki, uşaqların qaranlıqdan, tək qalmaqdan qorxmasına səbəb olacaq bu nağılın heç bir xeyirli tərəfi yoxdur.

Hansel ilə Qretel

Bu nağılın ümumiyyətlə uşaqlara öyrətdiyi müsbət keyfiyyətlərə malik bir şey yoxdur. Bəlkə də uşaqlar üçün qadağan edilməli bir nağıldır. Zalım ögey analar, qəddar atalar, adamyeyən cadugərlər bu nağılın əsas qəhrəmanlarıdır. Ögey ananın qəddarlığını haradasa başa düşmək olar. Bəs atanın öz övladlarını meşəyə atmasını uşağa necə izah etmək olar? Və ya tort və şirniyyatlarla böyüyən, olduqca kök olan Qreteli yeməyə çalışan cadugərin bir uşaq nağılında nə işi var? Uşağın o kiçik beyninə adamyeyənlik fikrini hələ uşaq yaşda salmağın hansı müsbət təsiri ola bilər ki?

Qırmızıpapaq qız

Ana sözü dinləməmək, nənə ilə qurd arasındakı fərqi anlamayacaq qədər axmaq olmaq, heyvanlara əziyyət vermək – hamısı bu nağılda var. Çoxumuzun əzbər bildiyi bu nağıldan çıxarılası bir dərs yoxdur. Nənəsi ilə canavarı ayıra bilməyən bir nəvənin sonra həmin canavarı meşəbəylərinin köməyi ilə öldürməsi uşağı eyvanları öldürməyin normal bir şey olduğuna inandırır. Psixoloqların fikrincə belə nağllar sonradan uşağın asosial psixopata çevrilməsinə səbəb olur.

Çirkin ördək balası

"... Son doğan bala digərlərinə heç bənzəmirdi ... çox çirkin idi". Xüsusilə evin sonbeşiyinə sizcə bu nağıl necə təsir edər? Bütün ferma, eləcə də ördəyin anası onu qəbul etmir və tək buraxır. Hətta onu yanlarına belə gəlməyə qoymurlar. Uşaqlara xarici gözəlliyin hər şeydən daha önəmli olduğu göstərən bu nağıl elə kiçik yaşlarından onlarda kifir olanların çıxdaş edilməli olduğunu göstərir. Bunun qorxusunu yaşadır ona. Nağılın sonunda çirkin ördək balası böyüyüb çox gözəl və cəlbedici olması da hər şeyin xarici gözəllikdən asılı olduğunu göstərir. Psixoloqların fikrincə, bu nağıl uşaqlarda, xüsusilə evin ən kiçiklərində, görünüşünə görə nisbətən fərlənən uşaqlarda "çirkinlik sindromu" yaradır.

Kibritçi qız

Bu nağıl qədər qəddar və kədərli ikinci uşaq nağılı bəlkə də hələ yazılmayıb. Soyuqda isinmək üçün balaca qızcığaz hər yandırdığı kibrit çöpü ilə sanki nağılı oxuyanın da ruhu yanır. Nağılın sonunda soyuqdan donmuş kibritçi qızın cəsədi isə ümumiyyətlə nağıl aləmində görülməmiş qəddarlıqdır. Sonunda acı, kədər, iztirab, ölüm olan bir uşaq nağılı ola bilərmi heç? Belə nağıllar uşaqları mənən zədələməkdən başqa bir işə yaramır.

Tülkü ilə Leylək

Türk qonaqpərvərliyi deyilən bir şey varsa, bu hekayə uşaqlarımıza bunun tam əksini təlqin edir. Evə gələn qonaq yemək yeməsin deyə hər cür hoqqabazlıq etməyi hansı valideyn uşağına öyrədir? Təbii ki, heç kəs. Ancaq bu nağıl uşaqlara qonağa qarşı hörmətsizliyi öyrədir. Nağılda Tülkü evinə qonaq gələn Leyləyə onun dimdiyinə uyğun olmayan dayaz qabda yemək verir. Növbəti gün isə Leylək onun evinə qonaq gələn Tülküyə uzun darboğaz qabda yemək təqdim edir. Uşağqlarımızın bu nağldan nə öyrənməsini gözləyirik ki? Evə gələn qonağı mümkün olduğunca evə ac yollamağımı?

Tarix
2014.06.01 / 16:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Pensiyaçılara şad xəbər: yaxın günlərdə...

Nazirlik çimərliklərdə monitorinqlərə başladı

Güclü yağış Gədəbəyə ciddi ziyan vurdu - Video

Nazirdən xəbərdarlıq: Cərimələr artırılır

Əfv daha çox kimlərə şamil olunacaq? - Yekun siyahı

Komitə sədri köçkünlərlə görüşdü və tapşırıqlar verdi

Gömrüyün yeni rəhbəri Çengellə - Foto

“Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

Azay Quliyev seçicilərini qəbul etdi – Foto

İlham Əliyev 8 sərəncam, 6 fərman imzaladı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla