Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Şamaxıda ağır qəza: 1 ölü, 7 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.08.11, 23:56

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakininə məxsus VAZ-2106 markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan 8 nəfər ağır bədən xəsarətləri ilə aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 3-ün vəziyyəti daha ağır olduğu üçün onlar reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə yaralıların hamısı restoranlardan birində ofisiant işləyirlər və onlar toy mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 8 nəfərin adı məlum olub. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Ötən gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində Şamaxı sakininə məxsus VAZ-2106 markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.

Hadisə zamanı avtomobildə olan 8 nəfər-2003-cü il təvəllüdlü Fərhadov Əli Qubad oğlu, 2002-ci il təvəllüdlü İsgəndərov Tərlan Elman oğlu, 1994-cü il təvəllüdlü Babakişiyev Zövqani Əmralı oğlu, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu, 2002-ci il təvəllüdlü Hacıyev Rüfət Rövşən oğlu, 1995-ci il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu, 1997-ci il təvəllüdlü Sadiqov İqrar Məmmədəli oğlu, 1991-ci il təvəllüdlü Kərimov Xətai Elton oğlu ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dörd nəfərin vəziyyəti daha ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib. Şamaxı sakini, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, xəsarət alanların hamısı Şamaxı şəhərində restoranların birində ofisiant işləyirlər. Hadisə onların toy mərasimindən çıxaraq evə gedərkən baş verib. Sürücünün toyda spirtli içki qəbul etdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2017.08.12 / 11:02
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

FHN-də təntənə: nazir mükafat verdi, məruzə etdi və… - Foto

Əhalinin 20 milyon borcu var - "Azərsu"

İlham Əliyev 6 sərəncam, 2 fərman imzaladı

Bu axşam Bakının iki rayonunda su olmayacaq

Azərbaycan əhalisinin sayı 9,9 milyona çatır

Şaxta baba olmaq istəyənlər bu qədər ödəməlidir

DTX-dan uğurlu əməliyyat: 16 terrorçu məhv edildi

İnterpol bu azərbaycanlını axtarışa verdi

Yeni nazir məşhur milyarderlə görüşdü - Foto

İçində 100 min olan seyfi oğurlayanlar tutuldu - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla