Yuxarı

Gürcüstanda əməliyyat: iki azərbaycanlı həbs olundu - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:17

Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.

Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.

Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər.

***

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin azərbaycanlılar sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

Məlumata görə, iki qardaş - 1989-cu il təvəllüdlü N.C. və 1976-cı il təvəllüdlü M.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub.

Tarix
2017.08.12 / 14:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla