Yuxarı

Lütfi Zadənin oğlu atasının vəsiyyətindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam dünyada qəbul olunan böyük alimlərdən biridir. Ömrü boyu elmlə məşğul olub. O öz nailiyyətləri ilə millətinə, yaşadığı, onu yetişdirən ölkəyə həmişə başucalığı gətirib. Azərbaycanlı olduğunu da heç vaxt danmayıb. Araşdıra bilərsiniz, harada tərcümeyi-halı açıqlanırsa, orada hökmən azərbaycanlı olduğunu qeyd elətdirib. O ki qaldı atamın vəsiyyətinə, o bunu çoxdan eləyib.

Axar.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında tanınmış alim Lütfi Zadənin oğlu Norman Zadə deyib.

Norman Zadə bir müddət əvvəl qalmaqala səbəb olmuş "Azərbaycanı özümə vətən hesab etmirəm” fikirləri ilə bağlı da danışıb. O, fikirlərinin təhrif olunduğunu deyib:

"Azərbaycanda heç zaman olmasam da, Azərbaycan kökənli olduğumu heç vaxt danmamışam. Öz soykökümə ehtiramla yanaşıram. Fikirlərimin təhrif olunmasından məyus oldum. Atam uşaq vaxtımızda bizə həmişə Bakıdan, Azərbaycanda yaşadığı illərdən danışardı. Azərbaycan mənim üçün həmişə maraqlı ölkə olub. Həmişə istəmişəm ki, atamın doğulduğu bu ölkəni yaxından tanıyım, amma heç vaxt belə imkanım, daha doğrusu şəraitim olmayıb. Dəvət etsələr, məmnuniyyətlə gedib ziyarət edərdim”.

1954-cü ildə ABŞ-ın Kaliforniya ştatında anadan olan Norman Zadə daha bir maraqlı məqama toxunub. O, əsl adının Nəriman olduğunu deyib:

"Adım Nərimandır. ABŞ-da Norm Zadə, Azərbaycanda isə Norman Zadə kimi tanınıram”.

Qeyd edək ki, 63 yaşlı Norman (Nəriman) Zadə informatika sahəsi üzrə riyaziyyatçı alimdir, Koloforniyadakı Berkli Universitetinin professorudur. Amerikada kifayət qədər tanınan elm adamlarındandır. Elmlə yanaşı o, əqli bizneslə də məşğul olur.

Tarix
2017.08.12 / 14:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla