Yuxarı

Yol polisi reyd keçirdi: 60 sürücü cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizəni daha da gücləndirmək məqsədi ilə xüsusi əməliyyat qrupu tərəfindən reyd keçirilib.

DİN-dən Axar.az-a verilən məlumata görə, paytaxt ərazisində keçirilən reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, nəqliyyat vasitəsinə əlavə səsgücləndirici vasitələr əlavə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərə də rast gəlindi. Paytaxtın Nizami rayonu ərazisində saxlanılan “Land Rover” markalı avtomobilin sürücüsünün yoxlama zamanı sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyi məlum olub.

Avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Binəqədi rayonunda saxlanılıb. “Mersedes GL” markalı avtomobilin sürücüsü Loğman Hacıyev əvvəlcə avtomobili içkili halda idarə etmədiyini bildirsə də, həkim müayinəsi zamanı sürücünün sərxoş vəziyyətdə olduğu sübuta yetirildi.

Qeyd edək ki, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər yol polisləri tərəfindən aşkar olunduğu təqdirdə əksər hallarda öz aqressiv davranışları ilə seçilirlər. Belə sürücülərdən birinə də Səbail rayonu Badamdar qəsəbəsində yol polisi tərəfindən saxlama işarəsi verilib. Amma sürücü tabe olmayaq idarə etdiyi “Mersedes” markalı avtomobili yaşadığı ünvana qədər idarə edib. Avtomobili saxlayandan sonra sürücü yol polislərinə fiziki müqavimət göstərməkdən belə çəkinməyib. Onunla aparılan profilaktik söhbətdən sonra sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf edib. Reyd zamanı saxlanılan nəqliyyat vasitələri DYPİ-nin müvəqqəti mühafizə olunan dayanacağına yerləşdirilidi.

Məlumatda həmçinin qeyd olunur ki, 2017-ci ilin ilk 6 ayı ərzində paytaxt ərazisində avtomobili sərxoş vəziyyətdə idarə edən 8000 sürücü barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada qanuni tədbir görülüb.

Tarix
2017.08.12 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla