Yuxarı

Azərbaycanda bu məhsulların satışına icazə verilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin birinci yarım ili ərzində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyinin laboratoriya şöbəsində sanitariya-kimyəvi göstəricilər üzrə 6381 müayinə, sanitar-bakterioloji - 4785 müayinə, toksiloji - isə 5550 müayinə aparılıb.

Axar.az xəbər verir ki, onlardan 6 nümunə (quş əti farşı və dərisi) sanitar-kimyəvi müayinələrə, 1 nümunə süd məhsulu və 1 nümunə isə bioloji aktiv əlavə sanitar-bakterioloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib və bu məhsullar gigiyena qeydiyyatına alınmayaraq realizasiyasına icazə verilməyib.

Qeyd edək ki, Azərbaycana idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Belə ki, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırılıdıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür. Nümunələr təhlükəsizlik göstəricilərinə görə müayinə edilir və nəticələrə əsasən məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir.

Dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə vaxt itirilmədən məlumat olur.

Tarix
2017.08.12 / 17:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla