Yuxarı

Həkim səhlənkarlığı: 5 günlük körpə öldü - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:13

Lənkəranda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn 5 günlük körpə tələf olub. Valideynləri ölümün səbəbini həkim səhlənkarlığı ilə izah edirlər.

Report-un məlumatına görə, ana olmağa hazırlaşan Masallı rayonunun Həsənli kənd sakini 20 yaşlı Vəlişova Kəmalə Zahid qızı müayinə olunmaq üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. K.Vəlişovanın atası bildirib ki, qızı xəstəxanaya gətiriləndə problemi olmayıb: "Qızım Masallıda ultrasəs müayinəsindən keçmişdi. Demişdilər ki, doğuş vaxtına qalıb. Təkrar yoxlamadan keçirmək üçün Lənkərana gətirdik. Burda bildirildi ki, ana 36 aylıq hamiləlik dövründədir".

K.Vəlişovanın yaxınları həkimə bildiriblər ki, Masallı rayonunda müayinə zamanı ananın 32 həftəlik hamilə olduğunu söyləyiblər. Lakin, gənc qadını müayinə edən Hicran adlı həkim bu məlumatın doğru olmadığını deyib. Avqustun 5-də K.Vəlişova qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra məlum olub ki, həqiqətən də ananın bətnindəki döl 32 həftəlik olub. Yəni, körpə 45 gün tez dünyaya gəlib. Körpə xüsusi kameraya yerləşdirilib. Bu gün körpənin ailəsinə ölüm xəbəri verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tarix
2017.08.12 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla