Yuxarı

Hollandiyadakı diaspor təşkilatımız qarət olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avropadakı tanınmış diaspor təşkilatının rəhbərinə və ofisinə basqın olub.

Bunu açıqlamasında Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birinci vitse-prezidenti Elsəvər Məmmədov bildirib.

O qeyd edib ki, bu yaxınlarda BAK-ın Niderland (Hollandiya) üzrə Rotterdamdakı ofisi, ardınca onun özünün şəxsi maşını qarət olunub: "Əvvəlcə ofisə basqın edib gecə ilə taladılar. Ofisi darmadağın edib, yararlı nə varsa apardılar. Bizə öz kanallarımızla məlumat daxil oldu ki, bunu Niderlanddakı ermənilər edib. Çünki son ərəfədə ermənilərin bizim aqressiyası daha da artıb. Biz yerli polisə müraciət etsək də, onlar açıq-aşkar buna hüquqi qiymət verməkdən boyun qaçıraraq, dəymiş ziyanla bağlı bizi sığorta şirkətinə yönəldirlər. Lakin, bu açıq-aşkar Avropanın ortasında bizə qarşı sui- qəsddir".

E.Məmmədov bildirib ki, bu hadisənin ardınca ötən həftə iki dəfə onun şəxsi avtomobilinə də basqın olub: "Əvvəlcə avtomobilin nömrəsini açıb apardılar. Polisə müraciət etdikdə, heç nədən xəbəri olmadığını bildirdi. Ardınca isə avtomobilə hücum edib içindəki bahalı avadanlıqları sındırdılar, avtomobilin özünü isə əzərək tamam yararsız hala gətirdilər. Bu hadisəni də təəssüf ki, yerli hüquq-mühafizə orqanları görməzlikdən gəlir".

E.Məmmədov deyib ki, ümumiyyətlə, Avropanın bu ölkəsində ictimai təhlükəsizlik bərbad hala gəlib: "Hər gün burada silahlı sui-qəsd, basqın və digər hallar baş verir. Ən çox da milli, etnik zəmində. Ona görə də burada ictimai təhlükəsizlik sıfır dərəcəsinə enib". /APA/

Tarix
2014.06.02 / 14:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla