Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 May 2018


Gəncə polisinin şöbə rəisi: “Şantaj olunuram”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu məsələ ilə bağlı çağırıldığım bütün rəsmi orqanlara izahat vermişəm. Borcun qaytarıldığını sübut edən sənədləri, notariusdan alınan kağızların surətini də rəsmi orqanlara təqdim etmişəm. Təqdim etdiyim sənədlər sübut edir ki, mənim bu xanıma heç bir borcum qalmayıb".

Bu sözləri Axar.az-a Nərminə Əhmədovanın 35.820 manat pulunu mənimsədiyi iddia olunan Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Əliyev bildirdi.

F.Əliyev qeyd etdi ki, onun N.Əhmədovaya olan borcunu qaytarması ilə bağlı notariusun rəsmi sənədi var:

"Rəsmi kağızda qeyd edilib: "Əliyev Fuad Gündüz oğlunun mənə borcu yoxdur və mənim ona qarşı heç bir iddia tələbim yoxdur". Mənim o xanıma borcum olub və hamısı da qaytarılıb. Borcu qaytarandan sonra onun məsələni Kütləvi İnformasiya Vasitələrinə yaymasının heç bir əsası yoxdur. Bunu etməkdə onun məqsədi nədir? Bu insan şantajla məşğul olur".

F.Əliyevdən günahsız olduğunu sübut etmək üçün N.Əhmədovanın borcunu qaytarmasına dair rəsmi sənədi istəsək də, o, notarial qaydada təsdiq edilmiş sənədin surətinin yayılmasından imtina etdi. Bildirdi ki, borcu qaytarmasına dair bütün sənədləri aidiyyəti qurumlara təqdim edib.

Onun sözlərinə görə, N.Əhmədovanın rəsmi orqanlara müraciətinə obyektiv şəkildə baxılıb:

"Məni də çağırıblar və izahat vermişəm. Notariusdan aldığım kağızı da onlara təqdim etmişəm. Onlar da görüb ki, mənim ona olan bütün borcum tam olaraq ödənilib".

F.Əliyev bildirir ki, yaxın zamanlarda bu məsələ ilə məhkəməyə müraciət edəcək:

"Hüquqşünaslara müraciət etmişəm. Yaxın zamanlarda həmin xanımı məhkəməyə verəcəyəm. Onun yəqin qanundan, hüquqdan xəbəri yoxdur. Mətbuat vasitəsilə mənə qarşı hər hansısa əsassız iddia qaldırırsa, o, məhkəmədə bunun altından çıxa bilməyəcək. Ondan soruşun ki, bəs niyə notariusda mənə o kağızı verirdi? Özü yazıb ki, mənim Əliyev Fuad Gündüz oğluna qarşı heç bir iddia tələbim yoxdur".

Gəncə BPİ-nin İT şöbəsinin rəisi bildirdi ki, pulunun mənimsənildiyini iddia edən xanım məhkəməyə müraciət etsin:

"Əgər bu xanım iddia edirsə ki, mən onun pulunu mənimsəmişəm, bəs niyə məhkəməyə müraciət etmir? Əgər bu mülki məsələdirsə, mənə qarşı hansısa bir iddiası varsa, niyə bu məsələni qanun çərçivəsində, məhkəmə yolu ilə həll etmir? Bu xanım şantajla məşğuldur. Mənim nüfuzuma xələl gətirir. İşlərimin çoxluğundan bu problemlə ətraflı məşğul ola bilmirəm. Ancaq yaxşı bir vəkillə hüquqlarımı müdafiə edib xanımı məhkəməyə verəcəyəm".

Qeyd edək ki, Nərminə Aladdinovna Əhmədova adlı vətəndaş saytımıza müraciətində bildirib ki, Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyev onun 35.820 manat pulunu mənimsəyib. N.Əhmədova F.Əliyevə pulu bank vasitəsi ilə verdiyini təsdiqləyən qəbzləri də redaksiyaya təqdim edib və hüquqlarının bərpası üçün Baş Prokurorluğa və DİN rəhbərliyinə yazılı qaydada müraciət ünvanlayıb.

Tarix
2014.06.02 / 15:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Pensiyaçılara şad xəbər: yaxın günlərdə...

Nazirlik çimərliklərdə monitorinqlərə başladı

Güclü yağış Gədəbəyə ciddi ziyan vurdu - Video

Nazirdən xəbərdarlıq: Cərimələr artırılır

Əfv daha çox kimlərə şamil olunacaq? - Yekun siyahı

Komitə sədri köçkünlərlə görüşdü və tapşırıqlar verdi

Gömrüyün yeni rəhbəri Çengellə - Foto

“Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

Azay Quliyev seçicilərini qəbul etdi – Foto

İlham Əliyev 8 sərəncam, 6 fərman imzaladı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla