Yuxarı

Jurnalisti döyən idmançı həbsdə yox, Tailanddadır – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunun yaşadığı evin qarşısında döyülməsi barədə KİV-də məlumatlar yayılıb.

Mediaya jurnalisti döyən Feyruz Termişinin də həbs olunması barədə məlumat verilib. Sonradan yayılan xəbərlərdə bildirilirdi ki, jurnalistin döyülməsini sifariş edən "K-1" idmançısı Tural Bayramov da həbs edilib.

Publika.az Tural Bayramovun həbsi ilə bağlı ilginc məlumat əldə edib. Belə ki, Tural Bayramov, deyildiyi kimi, heç də həbsdə deyil. "K-1"-çi Tailandda keçiriləcək "World Max Final" yarışına hazırlaşır. Döyüş iyul ayının 26-da Tailandın cənub-şərqindəki kurort şəhəri Pattayada keçiriləcək. Bu barədə idmançının qardaşı sosial şəbəkədə yazıb və şəkillər paylaşıb. Tural Bayramovun qardaşı dostlarına yarışın tarixi barədə də məlumat verib.

Bundan əlavə, o, qardaşının baş tutmuş döyüşlərindən birinin də videosunu paylaşıb. Ən əsası isə iki qardaşın məşq zamanı çəkilmiş şəkilləri də dünən sosial şəbəkədə paylaşılıb. Yarışla bağlı afişalar da artıq hazırdır. İdmançının qardaşı afişaların da fotosunu sosial şəbəkəyə yerləşdirib. Afişalardan aydın görünür ki, Tural Bayramov iyunun 26-da həqiqətən də döyüşə çıxacaq. Onun rəqibi 72 kq-da döyüşən ispan idmançı Maksimo Suaresdir.

Məsələ ilə bağlı idmançının qardaşının münasibətini öyrənmək istədik. Sosial şəbəkələrdə daim aktiv olan idmançı və onun qardaşına göndərdiyimiz suallar cavabsız qaldı. Baxmayaraq ki, onların yazılan mesajları oxuduqları görünürdü.

Tarix
2014.06.02 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla