Yuxarı

Hərbçilər şəhid mayorun ailəsinə baş çəkdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı ötən ilin aprel döyüşlərində şəhid olmuş mayor Əliyev Elnur Adil oğlunun ad günündə onun ailəsinə baş çəkib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Füzuli rayonunda keçirilən tədbirdə hərbi hissənin zabitləri, qoşun təcrübəsində olan kursantlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.

E. Əliyev, eləcə də bütün şəhidlərin ruhuna dualar oxunub, şəhid olmuş Vətən övladlarının xatirəsi qürurla yad edilib.E. Əliyevin ailə üzvlərinə Müdafiə Nazirliyinin rəhbərliyi və onunla birlikdə xidmət etmiş hərbi qulluqçular adından başsağlığı çatdırılıb, şəhidlərimizin qisasının daima alındığı və düşmənə hər an layiqli cavab verildiyi qeyd olunub.

Sonra şəhidin valideynlərinin yaşadığı ünvanda görüş keçirilib. Toplaşanlar E. Əliyevi yad edərək onunla bağlı xatirələrini bölüşüblər.

Tarix
2017.08.16 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla