Yuxarı

Həyətində bu zəhərli sürünəni bəsləyir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam sakini Mirhəsən Abduyev Qafqaz gürzəsini həyətində bəsləyir.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, o, 40 ildən çoxdur ki, həyətyanı sahəsində ilan saxlayır. Uşaqlıqdan ilan saxladığını deyən Mirhəsən kişi bir gününü belə bu sürünənsiz təsəvvür edə bilmir. "Qafqaz gürzəsi" adlanan bu ilan insan sağlamlığı üçün ən təhlükəli sürünəndir. O, bir dəfə sancmaqla insanı öldürə bilir. Amma Mirhəsən Abduyev 12 ildən çoxdur ki, həyətyanı sahəsində saxlayır. Uzunluğu 2 metrdən artıq olan gürzə bir dəfə gecə vaxtı sahibini də dişləyib.

Sahibi bir dəfə ilandan canını qurtarmaq istəsə də, mümkün olmayıb. O, ilanı başqa yerə aparıb. Ancaq iki gün sonra ilan yenidən sahibinin yanına qayıdıb. M.Abduyev ilanın qidalanması üçün ona xüsusi qulluq edir. Əl hərəkətləri ilə sürünənlə bir-birini başa düşdüyünü deyən Mirhəsən kişi həmişə onunla ünsiyyətdə olduğunu bildirir.

Ağdam sakini Üafqaz gürzəsi ilə yanaşı, qızıl ilanı da həyətində saxlayır. Onun sözlərinə görə, qızıl ilan təhlükəsizdir. Zəhəri yoxdur, ancaq dişləyə bilər, bunun da heç bir qorxusu yoxdur. M. Abduyev ilanın zəhərindən dərman kimi də istifadə edir.

Tarix
2017.08.17 / 00:21
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla