Yuxarı

Əcnəbi turist Azərbaycan polisinə təşəkkür etdi - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Rusiya Federasiyasından ölkəmizə şəxsi avtomobilində yaxın qohumları ilə səfərə gələn Çingiz Qazıyev Azərbaycanın təbiəti haqqında zəngin təəssürat qazanıblar.

DİN-dən Axar.az-a verilən məlumata görə, onlar İsmayıllı rayonunda olarkən avtomobilində yaranmış nasazlıq səbəbindən idarəetməni itirib, qəzaya uğrayıblar. Dərhal hadisə yerinə gələn polis əməkdaşları onlara lazımi köməklik göstəriblər.

Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Rauf Tağıyev də turistlərin üzləşdiyi qəzanın nəticələrinin aradan qaldırılması zamanı, həmçinin onlara ilkin tibbi yardımın göstərilməsi üçün əlindən gələni əsirgəməyib.

Yaşadığı Moskva şəhərinə qayıdan Ç.Qazıyev DİN rəhbərliyinə ünvanladığı məktubda polis mayou Rauf Tağıyevin xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyini, yüksək insani keyfiyyətlərini qeyd edib. O, bildirib ki, R.Tağıyev hətta hadisə baş verən zaman onların depresiya vəziyyətindən çıxması üçün çay süfrəsinə qonaq edib, mənzil başına çatdıqdan sonra zəng edib vəziyyətləri ilə maraqlanıb.

Ç.Qazıyev sonda polis əməkdaşlarının sayıqlığına, peşəkarlığına görə bütün Azərbaycan Polisinə minnətdarlığını bildirib.

Tarix
2017.08.17 / 22:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla