Yuxarı

9 min namizədin diaqnostik qiymətləndirilməsi aparılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil müəssisələrində çalışan, pedaqoji fəaliyyətlə məşğul olan kadrların - direktor, direktor müavinləri, yerli təhsili idarəetmə orqanlarında çalışan metodist və dövlət qulluqçularının (tədris aparan) biliklərinin diaqnostik qiymətləndirilməsi aparılır.

Axar.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, avqustun 17-dən başlayan diaqnostik qiymətləndirilmədə doqquz minə yaxın namizəd iştirak edir.

E.Bağırov imtahanların bütün ölkənin təhsil müəssisələrində çalışan direktor, direktor müavini, metodist və dövlət qulluqçularına şamil edildiyini bildirib. Qeyd edib ki, 2017-ci ildə Azərbaycanda çalışan bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Tədris ilinin sonunda isə pedaqoji fəaliyyətlə məşğul olan metodist, dövlət qulluqçusu, direktor, direktor müavinlərinin biliklərinin qiymətləndirilməsi zərurəti yaranıb. Onun sözlərinə görə, yalnız nəticələrdən sonra hansı tədbirlərin görüləcəyi məlum olacaq. Rəhbər işçilərin tədris aparmaq bacarıqları qənaətbəxş olmasa, həmin adamlar dərs demək hüquqlarından məhrum edilə bilərlər. Amma yüksək nəticə göstərən müəllimlər pedaqoji fəaliyyətlərini davam etdirə bilərlər. Bununla bağlı qərar imtahanlar tam başa çatdıqdan və təhlillər aparıldıqdan sonra qəbul ediləcək.

Tarix
2017.08.19 / 15:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla