Yuxarı

Bakıda zəncirvari qəza, ölən var - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:53

Bakıda zəncirvarı qəza baş verib.

"Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb. Bir neçə maşının toqquşması ilə nəticələnən qəzada xəsarət alanların olduğu bildirilir. Toqquşan avtomobillərdən biri təcilli tibbi yardım maşını olub.

Hazırda ərazidə böyük tıxac yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Nobel prospektində baş verən qəza ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, adıçəkilən prospektdə, Neftayırma zavodunun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar şəhər istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunur.

11:03

Bakıda baş verən zəncirvarı qəzada bir nəfər ölüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki "Mercedes", "Audi", "Toyota Pajero", "Hyundai" və "Medi Klub"a məxsus təcilli tibbi yardım avtomobillərinin toqquşması nəticəsində "Mercedes"lərdən birinin sürücüsü ölüb. Onun meyiti hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən maşından çıxarılıb.

Tarix
2013.11.21 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla