Yuxarı

Azərbaycan tibb tarixində bir ilk yaşandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə çarpaz böyrək əməliyyatı icra olunub. Yəni, artıq yaxın qohum olmadan da donor olmaq mümkündür. Bu əməliyyat isə 2-4 saat ərzində həyata keçirilib. Əməkdaşımız Ömər Xıdırov əməliyyat olunan xəstələrlə görüşüb.

Azərbaycan tibb tarixində bir ilk yaşanıb. Həkimlər çarpaz böyrek köçürməsi əməliyyatını həyata keçiriblər. Cərrah Mircəlal Kazımi və onun komandası 4 əməliyyatı bir gündə həyata keçiriblər. Əməliyyat Şahmar Məmmədov,Vahidə Məmmədova,Vahid Bədəlov və Arzu Bədəlovanın üzəridə reallaşdırılıb. Şahmar Məmmədova, Arzu Bədəlovanın böyrəyi, Vahid Bədəlova isə Vahidə Məmmədovanının böyrəyi köçürülüb.

Axar.az Xəzər Xəbər-ə istinadən bildirir ki, əməliyyat 2-4 saat aralığında baş tutub. Hazırda 2300-ə yaxın xəstənin 70 faizindən çoxu böyrək əməliyyatı olunması üçün namizətdir və onlar əsasəndə donor tapmadıqları üçün əməliyyat oluna bilmirlər. Ölkədə çarpaz böyrək əməliyyatına icazə verilməsi onlar üçün də ümid yaradır.

Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar istisna olmaqla başqalarının donor olmasına icazə verilmir. Amma çarpaz böyrək əməliyyatı ilə bu sahədə bir çox əməliyyata ehtiyacı olan şəxslərə köməklik etmək mümkündür.

Mircəlal Kazımi deyir ki, nəinki böyrək köçürməsi, eləcədə qaraciyər köçürməsi əməliyyatında da bu üsuldan istifadə etmək mümkündür. Digər tərəfdən böyrək nəqli üçün müraciət edənlərin də donorlarla birlikldə məlumat bazası formalaşdırırlır. Bu isə imkan verəcək ki, xəstələr və yaxınlarını uyğun donor axtarmaq prosesindən azad edəcək.

Tarix
2017.08.20 / 00:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla