Yuxarı

Ötən ay Bakıda mənzillərin qiyməti düşüb - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu ilin aprel ayına nisbətən may ayında qiymətlər 3.5 faizə yaxın azalıb".

Axar.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (İSİM) Vüqar Bayramlı öz Feysbuk hesabında yazıb:

"İSİM bu ilin may ayında mənzil bazarında apardığı monitorinqlərin nəticələrini elan edib. Əmlak bazarında aparılan monitorinqlərə görə, ötən ay son 2 ildə ilk dəfə olaraq paytaxtda mənzillərin qiyməti əvvəlki aya nisbətən düşüb. Belə ki, bu ilin aprel ayına nisbətən may ayında qiymətlər 3.5 faizə yaxın azalıb. Bununla belə, bu ilin ilk 3 ayında həmin bazarda müşahidə edilən qiymət artımları səbəbindən ötən ay əvvəlki ilin may ayına nisbətən qiymətlər 6 faizə yaxın yüksəlib".

Ekspert hesab edir ki, qiymətlərin ucuzlaşması ilə yanaşı əmlak bazarında aktivlik də azalıb:

"İSİM ekspertlərinin təhlillərinə görə, bu ilin ilk aylarında əmlak bazarında müşahidə edilən psixoloji və eləcə də süni qiymət artımlarından sonra bazarda aktivliyin azalması müşahidə edilib. Həmin aylardakı qiymət artımlarına rəğmən, paytaxtın mənzil bazarında tələbatın ciddi artması müşahidə edilməyib. Doğrudur, İSİM-in apardığı monitorinq göstərir ki, birinci rübdə Bakının 3-cü və 4-cü zonalarında yerləşən mənzillərə tələbatın artması müşahidə edilsə də, sonradan bu tendensiya durğunluq ilə əvəz edilib. Belə ki, Bakıda aparılan söküntülər fonunda paytaxtın mənzil bazarında nağd pulların daxil olacağı gözlənilsə də, əmlak bazarında daha çox psixoloji təzyiq müşahidə edilib: qiymətlərin artması bazara pulun daxil olması ilə müşahidə edilməyib. Nəticədə qiymət artımları may ayında azalma ilə əvəzlənib. Eyni zamanda, paytaxtın mənzil bazarında müşahidə edilən süni qiymət artımları da may ayında xeyirli zəifləyib. Bazarın bu ilin ilk 5 ayındakı mənzərəsi daha çox psixoloji və süni faktorlara əsaslanıb və praktik olaraq iqtisadi təsirlər nisbətən zəif olub: ilin əvvəlində 100 min manata təklif edilən mənzil ilk 4 ayda 110 min manatadək yüksəlsə də, mayın yekunlarında 106 min manatadək azalıb. Deməli, may ayındakı durğunluq sadəcə artım tempinin qarşısını alıb".

Alim mənzil bazarındakı qiymətlərdəki durğunluğun davam edəcəyini deyir:

"İSİM ekspertlərinin proqnozlarına görə, mənzil bazarındakı durğunluq yay aylarında da davam edəcək. Hətta paytaxtın mərkəzi rayonlarında yerləşən mənzillərin qiymətlərin də müəyyən artımlar da müşahidə ediləcək. Sentyabr ayından başlayaraq isə mənzil bazarında durğunluğun aradan qalxacağı gözlənilir".

Xatırladaq ki, İSİM-in monitorinqləri ötən ay Bakının mənzil bazarında qiymət azalmalarına baxmayaraq, torpaq bazarında artım müşahidə edildiyini və may ayında paytaxtda torpaq bazarında 2 faizə yaxın qiymət artımı qeydə alındığını göstərir.

Tarix
2014.06.03 / 22:50
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla