Yuxarı

Rəisin 100 minlik rüşvət olayına hüquqşünas rəyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təhsil Nazirliyinin sabiq idarə rəisi İsaxan Babayevin əməlini rüşvətxorluğa cəhd kimi qiymətləndirmək olar. Çünki o, səlahiyyətindən asılı olmayaraq, vəzifəsindən getməmək üçün külli miqdarda pulu həmin şəxsə rüşvət məqsədilə verib".

Bu sözləri Axar.az-a hüquqşünas Müzəffər Baxışov Təhsil Nazirliyinin sabiq idarə rəisi İsaxan Babayevə qarşı 100 min manatlıq dələduzluq edilməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirərkən dedi.

Hüquqşünasın sözlərinə görə, əgər İ.Babyev vəzifədə qalmaq üçün bu pulu vəzifəli şəxsə versəydi, onu rüşvətvermə maddəsi ilə məsuliyyətə cəlb etmək olardı: "Lakin o, pulu qeyri bir şəxsə verib. Burada heç bir rüşvət vermə ittihamı yoxdur. Burada dələduzluq var. Ola bilər ki, pul vasitəçi bir şəxsə verilib və o da pulu götürərək vədinə əməl etməyib, pul verəni aldadıb".

M. Baxışov həmçinin əlavə edir ki, İ.Babayevin əməli rüşvətxorluğa cəhddir:

"O, həmin şəxsə rüşvət məqsədilə pul verib. Lakin pul işi görəcək, onu vəzifədə saxlayacaq adama çatmayıb. Ona görə də pulu verən şəxs rüşvətxorluğa cəhd kimi cinayət məsuliyyətinə cəlb edilə bilər. Yəni o şəxs bilib ki, pulu verdiyi insan bu işi qanunsuz yollarla həll edəcək. Hansısa vəzifəli şəxsə pulu çatdırıb onu vəzifədə saxlayacaq. Amma İ.Babayevin iradəsindən asılı olmayaraq pul sözügedən şəxsə çatmayıb. Ona görə də onun əməli rüşvətxorluğa cəhd kimi qiymətləndirilməlidi. Pulu alıb öhdəsinə götürdüyü işi görməyən insanın əməli isə dələduzluqdur".

Qeyd edək ki, Təhsil Nazirliyinin sabiq idarə rəisi İ. Babayevə qarşı 100 min manatlıq dələduzluq edilib. O, vəzifəsində qalmaq üçün Ağdur adlı şəxsə (soyadı bilinmir) 100 min manat verib. Həmin şəxs bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin sonuncu pulu alaraq vədinə əməl etməyib.

Xatırladaq ki, İ. Babayev 2011-ci ildə vəzifəyə təyinat alıb. Lakin Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb.

Tarix
2014.06.04 / 01:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla