Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 May 2018


“Azəriqaz”da struktur dəyişikliyi: idarələr birləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyi regional qaz idarələrinin sayını 3-ə çatdırıb.

Bu barədə Axar.az-a qurumun mətbuat xidmətinin rəhbəri Araz Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu günlərdə Xaçmaz və Salyan Regional Qaz İstismarı idarələri yaradılıb. Xaçmazdakı idarə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarının qaz istismarı sahələrinin maddi-texniki bazasında formalaşacaq.

Salyan Regional Qaz İdarəsi isə Şirvan, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayonlarında abunəçilərə xidmət göstərəcək.

Qeyd edək ki, ilk yaradılan belə idarə şimal rayonlarını əhatə edən Zaqatala Regional Qaz İstismarı İdarəsidir. Yeni idarələrin yaranma səbəblərinə gəlincə, A.Ağayev deyib ki, burada əsas məqsəd beynəlxalq standartlara uyğun yeni və maliyyə baxımından sərfəli struktur formalaşdırmaqdır:

"Məqsədimiz strukturun təkmilləşdirilməsi və "Azəriqaz" İB üzrə mövcud xərclərin optimallaşdırılmasıdır. Bununla bağlı hələlik 3 regional idarə yaradılıb. Proses davam etdirilir. Amma digər rayonlarda dəyişikliklərin nə vaxt baş tutacağı barədə məlumatım yoxdur".

Yeni struktur formalaşdırılması işçilərin sayının azalmasına səbəb olacaq. İxtisara düşən əməkdaşların taleyi barədə suala Araz Ağayev belə cavab verib:

"Bu idarələrin birləşdirdiyi rayon qaz istismarı sahələrində çalışan işçilərlə əmək münasibətlərinin davam etdirilməsi imkanları ARDNŞ-ın İnsan Resursları Departamenti ilə birgə araşdırılacaq".

Paytaxtdakı qaz idarələrinin fəaliyyəti ilə bağlı yeniliklərə toxunan A.Ağayev yaxın vaxtlarda Bakı şəhəri və Abşeron rayonu üzrə hər hansı struktur dəyişikliyinin gözlənilmədiyini bildirib.

Tarix
2014.06.04 / 21:13
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prokurorluqdan Nəsimidə baş verən olayla bağlı məlumat

İlham Əliyev 3 sərəncam imzaladı

Masazırda avtomobil partladı – Foto

Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı - Rəsmi

AXC Türkiyədə müzakirə edildi – Foto

Nazirlik MMC-ni cərimələdi – Səbəb

Bakıda yolun ortasına ağac aşdı - Foto

İlham Əliyev yeni yolun açılışında - Foto

DİN inspektor axtarır

Sumqayıt sakini 5 ağaca görə cərimələndi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla