Yuxarı

Cənub bölgəsində ilan həyəcanı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran və Lerik rayonunun bəzi dağ kəndlərində ilanların aktivliyi qeydə alınıb.

Axar.az xəbər verir ki, rayonun 10-una yaxın kəndində qeydə alınan bu hadisə əhalinin təşvişinə səbəb olub.
Bildirək ki, Lənkəranın Rvo, Məmmədli, Sinovlu, Şovu, İstisu, Lerikin Piran, Mollakənd, Günəşli və digər kəndlərində ilanların aktivliyi qeydə alınıb.

Qeyd edək ki, havaların isinməsi ilə əlaqədar aktivləşən sürünənlər kənd təsərrüfatı və insanlar üçün olduqca təhlükəlidir.

Lerikin Piran kənd sakini Əli Surxayoğlunun Axar.az-a verdiyi məlumata görə, aidiyyəti qurumlar bu barədə məlumatlandırılıb: "Biz İcra Hakimiyyətinə, kənd bələdiyyəsinə bu barədə məlumat vermişik. İlanlar zəhərlidir. İnsanlar üçün böyük təhlükə mənbəyidir. 10 gündür ki, bu aktivlik hiss olunur. Amma hələ ki, qabaqlayıcı tədbirlər görülməyib".

Bu arada Lənkəranın Rvo kəndində bir evdə ilanlar peyda olub. Ev sahibi Xankişi Məmmədov indiyədək belə hadisə ilə rastlaşmadığını bildirib. Onun sözlərinə görə, ilanların uzunluğu 1-1.2 metrdir. Rənglərinin qırmızı və sarı olması zəhərli və təhlükəli olduqlarından xəbər verir.

Tarix
2014.06.05 / 02:06
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla