Yuxarı

Keçmiş nazirdən üz döndərən generallar - ÖZƏL

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-ü keçmiş Müdafiə naziri Səfər Əbiyevin oğlunun "Buta Palace" şadlıq sarayında toyu oldu. Toy mərasimi Səfər Əbiyevin vəzifədən azad olunması ilə eyni vaxta təsadüf etdiyindən mətbuatın və ictimaiyyətin böyük marağına səbəb olmuşdu.

Bu yaxınlarda, keçmiş nazirin övladının toyu ərəfəsində Müdafiə Nazirliyində yaranan ajiotajla bağlı "Axar.az"a ilginc məlumatlar daxil olub. Müdafiə Nazirliyinin yüksək çinli zabiti tərəfindən "Axar.az"a verilən məlumata görə, toydan bir gün əvvəl yeni nazir Zakir Həsənov toya dəvət edilən nazirlik əməkdaşları ilə iclas keçirib. Zakir Həsənov Səfər Əbiyevə hörmət əlaməti olaraq əməkdaşların toyda iştirak etməsini istəyib. Yeni nazirin istəyinə baxmayaraq, bəzi yüksək çinli zabitlər Səfər Əbiyevin övladının xeyir işində iştirak etməkdən imtina edib.

Hadisənin şahidi olan nazirlikdəki qaynağımız bildirir ki, vaxtilə Səfər Əbiyevin vəzifəyə cəlb etdiyi və onun yaxın adamı hesab edilən General Qorxmaz Qarayev da dəvəti geri çevirənlər sırasında olub.

Mənbəmiz onu da bildirir ki, vaxtilə Heydər Əliyevin vəzifədən azad etdiyi Qorxmaz Qarayev eks-prezidentin vəfatından sonra Səfər Əbiyev tərəfindən vəzifəyə gətirilib.

Tarix
2013.11.21 / 12:55
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla