Yuxarı

Zeynəbin valideynləri müraciət etdi – Həkimlər…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə it dişləməsindən dünyasını dəyişən 5 yaşlı Zeynəb Mikayılovanın valideynləri səhlənkarlıq edən həkimlə bağlı Sumqayıt Prokurorluğuna müraciət ünvanlayıb.

Axar.az Mia.az-a istinadən xəbər verir ki, ailə 5 yaşlı qızlarını müayinə və müalicə edən, işinə səhlənkar yanaşan həkimin qanun qarşısında cavab verməsini tələb edir. Ailə bildirib ki, Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində 31.07.2017-ci il tarixində qızları Mikayılova Zeynəb Elçin qızına küçə iti tərəfindən hücum olub. Xəsarət almış qız təcili Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətinə çatdırılıb. Xəstəxanada Zeynəbə həkim Mahal Məmmədov tərəfindən ilkin tibbi yardımlar göstərilib, yaralar cərrahi işlənib, anterabin vaksin və tetanus əleyhinə anatoksin vurulub. 3 avqust tarixində də Zeynəbə ikinci dəfə anterabin vaksin vurulub və növbəti gün vəziyyətini qənaətbəxş hesab edərək evə buraxıblar.

Ailə bildirib ki, uşaq evə gəldikdən sonra vəziyyəti daha da pisləşib. Növbəti vaksin üçün xəstəxanaya müraciət olunsa da, vaksin olmadığı bildirilib.

Növbəti gün xəstənin vəziyyəti kəskin pisləşdiyi üçün həkimlər onun təcili N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasına aparılmasını bildirib. Oradan isə ailəyə artıq çox gec olduğu bildirilib. Hadisədən 17 gün sonra isə 5 yaşlı Zeynəb dünyasını dəyişib.

Ailə it hücumuna məruz qalıb ağır yaralanmış qızlarına lazımi tibbi yardım göstərilmədiyini bildirib. Ailə qeyd edib ki, yaralının vaxtından tez evə buraxılmasını xəstəxanadan tələb etməyiblər. Həkimlər səhlənkarlıq göstərərək xəstəni evə buraxıblar.

Ailə bildirib ki, quduzluq infeksion xəstəlik olduğu üçün evdə olan daha iki azyaşlı uşağa da (7 yaşında bacısı və altı aylıq qardaşı) bulaşma ehtimalı olub. Lakin xəstəxana, xüsusilə də Mahal Məmmədov bunu nəzərə almayıb.

Zeynəbin valideynləri onların yaralı olan 5 yaşlı qızları ilə yanaşı, evdə olan digər uşaqlarının da sağlamlığını heçə sayan həkimlərin öz əməllərinə görə qanun qarşısında cavab vermələrini, məsələnin daha detallı araşdırılmasını xahiş edir. Ailə cavabdeh şəxsin (və ya şəxslərin) hüquqi müstəvidə layiqli cəzalandırılmasını istəyir.

Tarix
2017.08.30 / 17:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla