Yuxarı

Ölkəmizdə atalıq məzuniyyəti: niyə istifadə olunmur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 yaşına kimi uşağı olan valideynlər atalıq məzuniyyətindən istifadə edə bilər.

Bu sözləri Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov atalıq məzuniyyətinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna əsasən kişilər bu hüquqdan istifadə edə bilər.

“Təbii ki, bu, hər kəsin şəxsi istəyindən asılı olan prosesdir. Hazırda bu məzuniyyətdən kimlərin istifadə etdiyini dəqiq deyə bilmirik. Çünki ölkədə özəl sektorda işləyən şəxslərin müəyyənləşdirilməsi çətin prosesdir. Kimlərin atalıq məzuniyyətindən istifadə edib-etmədiyi ancaq müvafiq icra hakimiyyətlərinin yoxlamalarından sonra müəyyənləşdirilə bilər”.

V.Əhmədov bu qanunun qəbulunun müsbət cəhətlərindən danışıb:

“Anasını itirən, valideynləri boşanan, ata himayəsində böyüyən 3 yaşadək olan uşaqların məsuliyyətini daşıyan atalar üçün də bu bir üstünlükdür. Bu qanunun qəbulu həmin kişilər üçün müsbət haldır. Ancaq bu hüquqdan 3 yaşına kimi uşağı olan bütün ailələr istifadə edə bilər”.

İqtisadçı alim Vüqar Bayramov isə deyib ki, qanunvericiliyə edilən bu dəyişiklik eyni zamanda icra mexanizminə malikdir. Onun sözlərinə görə, bütün hallarda atalıq məzuniyyətindən istifadə edənlərin sayı elə də çox olmayacağını indidən proqnozlaşdırmaq mümkündür.

“Çünki Azərbaycanda atalıq və analıq məzuniyyətinə mental konseptdən yanaşma Avropa ölkələrindən fərqlidir. Bu həqiqətdir ki, Avropa ölkələrində atalıq məzuniyyəti çox yayılıb. Azərbaycanda isə bu hal geniş yayılmayacaq. Çünki Avropa ölkələrində uşağa həm ata, həm də ana baxır. Ancaq ölkəmizdə əsasən uşağın böyüdülməsinə ana nəzarət edir. Ənənəvi olaraq Azərbaycanda uşaqların qayğısını analar çəkir”.

İqtisadçı qeyd edib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, bu tip imkanların vətəndaşlara verilməsinə ehtiyac var idi:

“Kimin bu hüquqdan istifadə edəcəyi isə artıq onun şəxsi istəyindən asılıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə əsasən ölkəmizdə atalıq məzuniyyəti rəsmi şəkildə qanuniləşib.

Tarix
2017.09.02 / 10:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla