Yuxarı

Erkən nikahlar – səbəblər, fəsadlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erkən nikahlar savadsızlığın nəticəsi olmaqla bərabər həm də onun səbəbidir. Təsəvvür edin ki, Azərbaycanda 16-17 yaşlı qızların 20 faizi, Türkiyədə isə 48 faizi təhsildən uzaqdır. Bu, ölkənin təhsil səviyyəsinin potensialını əhəmiyyətli dərəcədə azaldır. Belə yanaşma nəticəsində Qazaxıstan, Türkmənistan, Özbəkistanda savadsızlıq baş alıb gedir".

Bu fikirləri Axar.az-a açıqlamasında Turan Yaradıcılıq Mərkəzinin rəhbəri Şəfəq Ağacan səsləndirib. Onun sözlərinə görə, erkən nikah halları daha çox təhsilin zəif olduğu və qadınlar üçün iqtisadi imkanların məhdud olduğu bəzi əyalətlərdə, eləcə də dağlıq rayonlarda geniş yayılıb.

Tez evlənənlər tez də ayrılırlar

Qeyd edək ki, 2013-cü ildə 289 min qadın doğuş zamanı dünyasını dəyişib. Burada Azərbaycanın da payı az deyil. Mütəxəssislərin fikrincə, bunun əsas səbəblərindən biri erkən nikahlardır. Bu, həm də ailələrin dağılma hallarını çoxaldır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Sosial Tədqiqatlar Mərkəzi və UNICEF-in 4 regionda 488 respondenti əhatə edən tədqiqatı nəticəsində məlum olub ki, aşkarlanan erkən nikahların təxminən 58 faizi qızların tam razılığı olmadan baş verib. 16 yaşınadək qızlar heç bir hüquqi zəmanət olmadan nikah qurur, çünki onların nikahı rəsmi qaydada deyil, dini qaydada qeydiyyata alınır. Bundan başqa, həmin qızlar sağlam ailənin qurulmasına töhfə vermək üçün müvafiq bacarıq və biliklərə malik deyillər və onların fiziki inkişafı da buna imkan vermir.

Erkən nikahlar çox vaxt gizli saxlanır

Son illərdə Türk dövlətlərinin əksəriyyətində boşanma hallarının kəskin surətdə artdığını deyən Ş. Ağacan bunun həmin ölkələrdə demoqrafik böhrana gətirib çıxardığını qeyd edib:

"Uşaq Hüquqları Konvensiyasında 18 yaşına çatmamış şəxslərin uşaq sayıldığı müəyyən olunduğundan, onların nikaha daxil olması əslində uşaq nikahı sayılır. Burada müzakirə etdiyimiz bu fenomen Azərbaycanda "erkən nikah" adlanır. "Mülki Məcəllə" qızlara 17 yaşında nikah qurmağa icazə verir, lakin dini və mədəni adətlər, eləcə də yoxsulluq üzündən bəzi regionlarda azyaşlı qız uşaqlarının nikah qurması geniş qəbul edilmiş bir haldır. Bu nikahlar qanunsuz olduğundan, onlar dövlət orqanlarında qeydiyyata alınmır və beləliklə də, bu problemin miqyasını asanlıqla müəyyən etmək mümkün deyil".

Qadınlara səlahiyyət vermək lazımdı

Ş.Ağacanın fikrincə, sadalanan problemlərin aradan qaldırılması üçün xüsusilə kənd yerlərində məktəblərdə yeniyetmələrin maarifləndirilməsinə ciddi ehtiyac var:

"Hazırda QHT-lər müəllimləri erkən nikahlar üzrə təlimləndirmək üçün UNİCEF-lə birgə işləyirlər. Bu təlimlərdə onlara erkən nikahın qanun pozuntusu olması ilə yanaşı, erkən hamiləliyin fiziki risklərini və valideynlərdən tez ayrılmanın emosional stressləri izah edilir. Eyni zamanda nikah qurmağın yubadılmasının təhsili başa çatdirmaq, eləcə də ali təhsil almaq kimi üstünlükləri təşviq olunur. Erkən nikahlar ilə mübarizə uşaq hüquqlarının müdafiə edilməsinə və gənc qadınların səlahiyyətləndirilməsinə önəmli dərəcədə töhfə verən amildir".

Ekspert erkən nikahların qarşısının alınmasında maariflənmə ilə yanaşı səlahiyyətlərin artırılmasının da vacib olduğunu vurğulayıb:

"Erkən nikahlar dağıdıcı təsirə malik sosial fenomendir. Lakin qanunvericiliyə dəyişikliklərin edilməsindən tutmuş qadınların səlahiyyətləndirilməsinədək geniş çeşidli tədbirlər həyata keçirildiyi təqdirdə onların qarşısının alınması mümkündür".

Tarix
2014.06.07 / 09:37
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla