Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


Alim Qasımovu təhqir edən şəxs məlum oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqşünas Mehman Muradlı feyzbuk profilində Alim Qasımovun posterini yayıb. Posterdə Alim Qasımovun şəkli və "mən qoyunam" sözləri həkk olunub. M.Muradlı bu şəkli paylaşaraq posterin Müsavat Divanının üzvü Tural Abbaslının əl işi olduğunu bildirərək təhqir edib.

Məsələ ilə bağlı posteri hazırladığı iddia edilən Tural Abbaslının fikrini aldıq.

T.Abbaslı "Axar.az"a bu şəkli onların hazırlamadığını bildirdi: "Bu şəkli guya mənim yaratdığım və yaydığım haqda yazmışdılar. Mən də orada şərh yazdım ki, bu şəkili mən hazırlamamışam, xəbərim yoxdur. Əgər biz belə bir şey hazırlasaydıq, altına imzamızı da qoyardıq və yaxud da deyərdik ki, biz eləmişik. Burada təəccüblü bir şey yoxdur. Amma mən bilən, o şəkli ilk yayan hakimiyyətyönümlü feyzbuk hesab profilləri olub. Ola bilsin ki, özləri hazırlayıb. Daha çox hakimiyyətə yaxın gənclər və onları dəstəkləyən profillərdən şübhələnirəm".

O kapsları mən hazırlamışam

Bu arada sosial şəbəkə istifadəçisi Hacı Hacıyev iddia edib ki, posteri Tural Abbbaslı yox, o hazılayıb: "O kapsları mən hazırlamışam. Səbəb isə Alim Qasımovun Murad Dadaşovun siyasi klipində yer almasıdır. Alim Qasımov o adamdır ki, canlı efirdə aparıcının onun həmkəndlilərinin sosial durumu barədə sualına, "mənim boğazım ağrıyır, danışa bilmirəm", deyə cavab vermişdi. Özü də bu poster təkcə Alim Qasımovla bağlı deyil, o klipdə çəkilən başqa adamların da şəkillərini eyni konsepsiyada düzəltmişəm.

Xəzər TV-də fakt yoxdur

Hadisə Xəzər TV-nin ekranlarında da əksini tapdı. "Xəzər Xəbər"in axşam buraxılışnda Tural Abbaslı haqda sujet getdi və Müsavatın Divan üzvü posteri hazılayıb yaymaqda ittiham edildi.

Məsələni aydınlaşdırmaq üçün Xəzər TV-nin Xəbərlər Departamenti ilə əlaqə yaratdıq. Televiziyanın adını açıqlamaq istəməyən əməkdaşının bildrdiyinə görə, məlumat sosial şəbəkədən götürülüb və onun konkret mənbəyi haqda fakt yoxdur. Sonda Xəbərlər Departamentindən onu da qeyd etdilər ki, hər hansı bir narazılıqla bağlı Tural Abbaslı məhkəməyə də müraciət edə bilər.

Tarix
2013.09.27 / 10:18
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Kür çayı dondu – Foto

Nazirdən deputatın təklifinə orijinal – Cavab

Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası - Foto

Mübariz Mənsimova qarşı kampaniya – Bakıdan dəstək

Prokuror general oğluna 6 il iş istədi

AST Telmanın otelində 10 milyonluq təmir başladı

Kaliforniyada Azərbaycan mühazirəsi – Foto

Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: ölən var

Kəmaləddin Heydərov Zərdaba getdi - Qəbul

Moskvada azərbaycanlı sahibkar özünü yandırdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla