Yuxarı

Rusiyada 3 uşağı xilas edən azərbaycanlı öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında 3 azyaşlını xilas edən azərbaycanlı Səlamətdin Nağıyev özü ölüb.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyevin verdiyi məlumata görə, hadisə iyunun 7-də baş verib.

Moskva yaxınlığındakı Pexorka çayında batan üç yerli uşağı xilas edən S. Nağıyev özü çayda burulğana düşərək batıb. O, Azərbaycandan Moskvaya atasının yanına qonaq gedibmiş. S. Nağıyev çayın ətrafında gəzərkən suda batan uşaqları görüb və onları xilas etmək üçün özünü çaya atıb. İki qız uşağını xilas edən azərbaycanlı üçüncü qızı xilas etmək istəyərkən burulğana düşüb. Şahidlərin sözünə görə, hər şey çox tez baş verdiyindən ətrafdakılar köməyə çata bilməyib.

Xilasedicilər S. Nağıyevin cəsədini sudan çıxarıblar.

APA

Tarix
2014.06.09 / 12:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla