Yuxarı

Nəqliyyat Nazirliyi jurnalistə söz verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hadisə tərəfimizdən mütləq araşdırılacaq".

Bu sözləri Axar.az-a Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov ötən gün əməkdaşımızın ağır bədən xəsarətləri alması ilə nəticələnən 176 nömrəli marşrutun sürət həddini keçməsinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, hadisə araşdırılacaq: "Əslində dünən bazar günü olduğundan bu hadisə ilə bağlı məlumatım yox idi. Amma bu gün hadisə barədə mənə bildirdilər. Mütləq araşdırma aparılacaq. "Bakısərnişinnəqliyyat" MMC-yə bu barədə rəsmi sorğu göndəriləcək və qanun çərçivəsində məsələ həll olunacaq".

Xatırladaq ki, dünən günorta saatlarında əməkdaşımız 176 nömrəli marşrut üzrə hərəkət edən "Toyota" markalı 10 TD 995 nömrəli avtobusla "Sədərək" Ticarət Mərkəzindən qayıdarkən, Xırdalan dairəsinə böyük sürətlə irəliləyən avtobusun qəfildən əyləci basması nəticəsində müvazinətini itirib və avtobusun döşəməsinə yıxılıb.

Özünü 1 saylı şəhər klinik xəstəxanasına çatdıran Gülnarə Kərimovanın müayinəsi zamanı bəlli olub ki, onun bədəninin sol nahiyəsində 4-cü qabırğa və sol qolu sınıb, sol ayağında isə topuğu çatlayıb. Gülnarə Kərimova gips salındıqdan sonra ambulator müalicəyə buraxılıb.

Tarix
2014.06.09 / 15:40
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla