Yuxarı

Azərbaycanlılar Ukraynada telekanal açdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı Azərbaycan diasporunun internet üzərindən yayımlanacaq televiziya kanalı - "Diaspora TV" fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" tərəfindən təsis olunmuş telekanalının məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimayyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, Azərbaycan dövlətinin siyasətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi göstərməkdir.

Sutkada 18 saat efirdə olacaq "Diaspora TV"-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq və Ukrayna ali məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanacaq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılacaq. Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutub.

"Diaspora TV"-nin digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarət olacaq. Verilişlərin Azərbaycan, rus, ukrayn, ingilis və digər dillərdə yayımlanması nəzərdə tutulub. "Diaspora TV" Ukrayna, Rusiya, eləcə də xarici aparıcı distribüter şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırır.

Trend

Tarix
2014.06.10 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla