Yuxarı

Ölkədə PUA-lardan istifadə layihəsi hazırlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb.

AZAL-dan Axar.az-a verilən məlumata görə, layihə Dövlət Mülki Aviasiya Administrasiyasının və Azərbaycan Hava Yolları QSC-nin mütəxəssisləri tərəfindən hazırlanıb.

Sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir. Layihə 2015-ci ilin 08 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim edilib.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçib.

Qeyd edilən Qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Nazirlər Kabinetinin göstərişi daxil olub. Sonrakı mərhələdə sözügedən Qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər edilib.

Qeyd edək ki, layihə Aviasiya haqqında” Qanununun 7.1-ci və 44.4-cü maddələrinə, Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli, müvafiq olaraq 3 və 4 nömrəli Qərarları ilə təsdiq edilmiş “Azərbaycan hava məkanından istifadə Qaydaları” və “Azərbaycanın uçuş Qaydaları” aktlarına, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) 2011-ci il tarixli, 328 AN/190 nömrəli “Pilotsuz hava gəmilərinin idarə edilməsi sistemləri” sənədinə əsasən hazırlanıb.

Tarix
2017.09.13 / 13:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla