Yuxarı

Zelandiyanın diqqətində olan azərbaycanlı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədovun sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacağı ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, Azərbaycan əsilli siyasətçi diaspor hərəkatının fəallarından Elnur Eltürklə söhbətində deputat seçiləyi təqdirdə Yeni Zelandiya və Azərbaycan arasında əlaqələrin inkişafına dəstək verəcəyini qeyd edib. Siyasətçi Azərbaycanla fəxr etdiyini bildirib:

“Vətənimlə qürur duyuram. İldə bir dəfə vətənimə gəlirəm. Bu gün Yeni Zelandiyada 15 azərbaycanlı ailəsi yaşayır. Tez-tez görüşürük və ölkəmizlə bağlı ənənələrin qorunmasına çalışırıq. Vətənim daima diqqətimdədir. Orada baş verənləri izləyirəm.

Hələ bir müddət əvvəl iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı diplomat vəzifəsində çalışan Araz Xasıyevlə söhbətlərimiz olmuşdu. Maraqlı planlar müzakirə etmişdik. Deputat kimi iki ölkə arasında əlaqələrin daha çox inkişaf etməsinə çalışacam. İlk səfərimi vətənimə edəcəyimi düşünürəm”, - deyə Tofiq Məmmədov qeyd edib.

Qeyd: Yeni Zelandiyanın və Çinin tanınmış media orqanları Tofiq Məmmədovun fəaliyyəti haqqında geniş yazılar dərc ediblər.

Tarix
2017.09.13 / 16:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla