Yuxarı

QMİ-dən Hacı Qalibin təsdiqinə təkzib: Haqqı yoxdur!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti olaraq bildiririk ki, son günlər İdarənin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, Sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır.

Axar.az xəbər verir ki, bu haqda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bəyanatında qeyd olunub.

“İdarənin genişmiqyaslı fəaliyyəti, ölkə xaricində həyata keçirdiyi nüfuzlu beynəlxalq tədbirlər, ölkə daxilində reallaşdırdığı layihələrin önəmini azaltmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində dinlərarası dialoq müstəvisində əldə etdiyi nailiyyətləri gözdən salmaq məqsədilə aparılan məqsədyönlü qaralama kampaniyasını qətiyyətlə pisləyir və gündəmə gətirilən saxta məlumatları təkzib edirik. Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınının erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını istisna etmədən, belə təxribatların, yalan məlumatların Azərbaycan mediasında, habelə sosial şəbəkələrdə geniş şəkildə gündəmə gətirilməsinə təəssüf edir, belə məsələlərə yanaşmada milli təəssübkeşlik hissini və mənəvi dəyərləri üstün tutmağı tövsiyə edirik. Sədrin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Birmənalı şəkildə bildiririk ki, QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız Sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur. Bu etik çərçivənin gözlənilməsini istər media təmsilçilərindən, istərsə adıçəkilən yaxınlardan təvəqqe edirik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin oğlunun ailəsi ilə bərabər Türkiyəyə birdəfəlik köçməsi barədə xəbəri Şeyxin qudası Hacı Qalib Salahzadə mediaya açıqlamışdı.

Tarix
2017.09.18 / 14:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla