Yuxarı

Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sərnişin avtobusu və daha 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Böyükşor şosesində qeydə alınan hadisə zamanı ilk öncə "Hyundai" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Maşınların yolun hərəkət hissəsinin mərkəzində dayanması sonradan 5 maşının iştirakçısı olduğu digər qəzaya səbəb olub. Belə ki, 148 saylı xətt üzrə hərəkət edən "IVECO" markalı sərnişin avtobusu ilk öncə "Opel" markalı minik maşının vurub. "Opel" öz növbəsində "VAZ 2107"-yə və "Audi" markalı digər maşınlara çırpılıb.

Zəncirvari qəzanın iştirakçısı olan "Auidi" öz növbəsində qarşıda hərəkət edən "Hyundai" markalı başqa bir maşına dəyib. Avtobus isə "Mercedes" markalı digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra dayanıb.

Hadisə zamanı avtobus metronun "Koroğlu" stansiyasından üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olub. Şahidlərin sözlərinə görə, avtobusda olan sərnişinlər arasında xəsarət alanlar da olub.

Hadisə vaxtı yaralanan sərnişinlər təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yol nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya 6 nəfər gətirilib. Onlardan 4-nə ilkin tibbi yardım göstərilsə də, 2 nəfər travmatologiya şöbəsinə yerləşdirilib.

Qəza Sabunçu dairəsi istiqamətində avtomobillərin hərəkətində sıxlığın yaranmasına da səbəb olub. Hadisə iştirakçısi olan avtomaşınların ərazidən uzaqlaşdırılmasından sonra normal hərəkət bərpa olunub.

ANS

Tarix
2014.06.12 / 08:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla