Yuxarı

İndoneziya gözəli Bakıda – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Azərbaycanda keçirilən 2-ci İndoneziya Mədəniyyət Günləri çərçivəsində İndoneziyadan gəlmiş nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənaninin də iştirak etdiyi ilə görüş zamanı Q.Paşayeva bildirib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal qadınlarımız arasında da əməkdaşlığın genişlənməsi çox vacibdir.

Bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəriləcəyini vurğulayan Hüsnan Bəy Fənani Azərbaycanda keçirilən 2-ci İndoneziya Mədəniyyət Günləri barədə danışıb və Azərbaycanın qardaş ölkə olduğunu bildirib:

“Əməkdaşlığımızı da bu qardaşlıq səviyyəsinə qaldırmaq istəyirik və inanırıq ki, yaxın zamanlarda İndoneziyada da Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı qərar veriləcək”.

İndoneziyanın bütün beynəlxalq platformalarda ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəkləməsini bütün Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyən millət vəkili bildirib ki, beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

İndoneziya nümayəndə heyəti üzvlərinə Azərbaycanla bağlı geniş bilgilər verən millət vəkili onları maraqlandıran sualları da cavablandırıb və çox yüksək səviyyədə keçən 2-ci İndoneziya Mədəniyyət Günləri münasibəti ilə onları təbrik edib.

Nümayəndə heyətinin üzvü, İndoneziya gözəli və İndoneziyanın Mədəniyyət Elçisi Qori Sandioriva Azərbaycana səfərdən, onu yaxından tanımaqdan çox şad olduğunu və Azərbaycanı çox sevdiyini, millət vəkili Q.Paşayeva ilə aralarında qurulan dostluğun da əməkdaşlığımızın genişlənməsi üçün gözəl işlərə çevriləcəyinə inandığını deyib.

Görüşün sonunda millət vəkili Q.Paşayeva İndoneziya nümayəndə heyəti üzvlərinə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı material və hədiyyələr təqdim edib.

Görüş zamanı konkret layiihələr ətrafında maraqlı fikir mübadiləsi də olub. Nümayəndə heyəti Q.Paşayevanı İndoneziyaya səfərə də dəvət ediblər. Dəvəti böyük məmnuniyyətlə qəbul edən Q.Paşayeva dost İndoneziya ilə əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrdə böyük məmnuniyyətlə iştirak edəcəyini deyib.

Tarix
2017.09.19 / 23:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla