Yuxarı

Nişanlı qız toydan əvvəl hamilə qalırsa… - Saatlı faciəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 yaşlı qızın atalığından hamilə qalması uşağın anası ilə arasında olan uçurumdan xəbər verir. Bu analar və qızlar arasında ünsiyyət, dostluq probleminin nəticəsidir. Anaların ikinci dəfə ailə qurduğu insana həddindən artıq etibar etməsi qızların bu vəziyyətə düşməsinə səbəb olur.

Bu sözləri Axar.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova son dövrlər artan qadın intiharları və zorlama faktları ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, ananın məşğulluğu, məsuliyyətsizliyi bu cür hallarla nəticələnir:

“Analar uşağı dünyaya gətirməklə işlərini bitmiş hesab edirlər. Uşaqla ünsiyyət qurmaq, dostluq etməyi bacarmaq, onu dinləmək, onu müşahidə etmək lazımdır. Evlərdə, xüsusilə bölgələrdə sosial işin təşkili görülməlidir. Burada məktəb psixoloqlarına da böyük yük düşür. İntiharların artması səbəblərindən biri də elə məktəblərdə psixoloqların səriştəsizliyidir”.

Saatlıdakı 17 yaşlı nişanlı qızın intiharından danışan İB sədri bildirib ki, bu kimi hallara səbəb qiz uşaqlarının seksual tərbiyə ilə bağlı bilgisizliyidir:

“Həmçinin 17 yaşlı nişanlı qızın intiharı stereotiplərlə də bağlıdır. Övladlarının birgə münasibətini toydan əvvəl ört-basdır etmək istəyən hər iki valideyn qızı bu hamiləliyin qarşısını almağa məcbur edib. Əslində ailə qurmağa qərar verən iki gəncin birgə münasibətindən uşaq olması normal haldır. Bu sahədə məktəbdə maarifləndirici təlimlər keçirilməlidir. Ya da valideynlər müəyyən yaşdan sonra qızlarına bu tərbiyə növündən danışmalı, məlumatlandırmalıdır”.

M.Zeynalovanın sözlərinə görə, bu işə peşəkarlar cəlb edilməlidir:

“Çünki mövzu düzgün təqdim edilməsə, düzgün təbliğat aparılmasa, bunun daha pis fəsadları ola bilər. Bu da əks-effekt verə bilər, intiharlar daha da artar. Belə həssas məsələlərdə əhali ilə peşəkarlar işləməlidir.

Mən təklif edərdim ki, ailə və uşaq mərkəzləri bələdiyyələr və QHT-lər üçün peşəkar təlimlər hazırasın. İntihar latent prosesdir. Onu hər insan müəyyən etmək gücündə deyil. Hətta bu, bəzən intihar edənin kaprizi kimi də qəbul edilir. Bu mövzunu layihə və ya adi mövzu kimi ortaya atmaq çox təhlükəlidir, burada insan taleyindən söhbət gedir. Bu mövzuda layihə yazmaq və ya özünü yoxlamaq cəhdi böyük faciələrə səbəb ola bilər”.

Tarix
2017.09.20 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla