Yuxarı

Baş həkimin oğlu adam vurdu, işçiləri qəzaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından gələrkən qəzaya uğrayıblar.

Axar.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabr ayının 19-da baş verib. Maraqlısı isə həm də odur ki, tibb işçiləri pambıq yığımına xəstəxananın təcili yardım maşını gediblər. Qəza tibb işçiləri panbıqdan qayıdan zaman baş verib.

Qəza nəticəsində çoxlu sayda tibb işçisinin xəsarət aldığı bildirilir.

Hadisəni Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasından Axar.az-a təqdiqləyiblər. Xəstəxanadan verilən məlumata görə, yaralılar arasında ölən olmayıb:

“Yaralılardan birinin vəziyyəti ağırdır. Hazırda reanimasiya şöbəsindədir. Digər bir nəfərin vəziyyəti də bir qədər ağırdır. Palataya köçürülüb, müalicəsi davam edir. Xəsarət alanların bəziləri evə buraxılıb. Bəzi yaralıların isə müalicələri davam etdirilir”.

Qeyd edək ki, sentyabr ayının 18-də sözügedən xəstəxananın baş həkimi Nizami Mehdizadənin oğlu da Bakıda qəza törətmişdi. Məlumata görə, Teymur Əliyev küçəsində 10 ST 908 dövlət qeydiyyat nişanlı "Leksus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurmuşdu. Nəticədə ağır xəsarət alan piyada dünyasını dəyişmişdi.

N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Tarix
2017.09.20 / 11:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla