Yuxarı

7 yaşlı qıza təcavüz edən qatil bu cür asıldı – Video/23+

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 yaşlı parsabadlı Atena Aslaninin qatili İsmayıl Cəfərzadə bu gün yerli vaxtla saat 06:20-də dara çəkilib.

Axar.az xəbər verir ki, məhkəmə hökmü Parsabadın Bakiri meydanında əhalinin gözü qarşısında icra olunub.

Ərdəbil Əyalət Cəza Məhkəməsinin 1-ci Şöbəsi cinayətkarı zorlama ittihamı ilə edam, qətl ittihamı ilə qisas, oğurluq ittihamı ilə həbs, şallaq və oğurladığı malı geri qaytarmaq cəzasına məhkum edib.

Azyaşlını acınacaqlı şəkildə qətlə yetirən cinayətkarın məhkəmə iclası avqustun 26-da qapalı şəkildə keçirilib. Hökm sentyabrın 10-da İran Ali Məhkəməsi tərəfindən təsdiq edildikdən 10 gün sonra icra olunub.

Xatırladaq ki, iyunun 18-də Parsabadi-Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik çənin içində tapılıb. Meyitin üzərində zorlanma əlamətləri aşkar olunub, azyaşlının qızılları da qatil tərəfindən oğurlanıb. 42 yaşlı qatil günahını etiraf etdikdən sonra edam cəzasına məhkum edilib.

Tarix
2017.09.20 / 12:25
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla