Yuxarı

Kəmaləddin Heydərov Pakistanlı komandanla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 20-də Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov iki ölkə arasındakı əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və mövcud münasibətlərin ildən-ilə gücləndiyini diqqətə çatdırıb.

Respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edən nazir Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Sohail Aman Azərbaycanla Pakistan arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğundan danışıb. Qonaq ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıraraq mövcud əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə hər iki ölkə arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlıq haqqında hazırlanmaqda olan sazişin imzalanmasının əhəmiyyətindən danışılıb, pakistanlı tələbələrin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almalarının perspektivləri müzakirə olunub.

Tarix
2017.09.20 / 16:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla