Yuxarı

Təhsil Nazirliyində 5 yeni şöbə yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-2014-cü tədris ilində Təhsil Nazirliyində bir sıra struktur islahatları aparılıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, nazirlikdə yeni İnformasiya şöbəsi, Tədris resursları şöbəsi, İnsan resursları şöbəsi, Daxili nəzarət şöbəsi, İlk peşə və orta ixtisas təhsili şöbəsi formalaşdırılıb.

Qeyd olunub ki, nazirlik tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının səriştə baxımından gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ("Qaynar xətt" xidməti-146) və Vətəndaşların Qəbulu Mərkəzi istifadəyə verilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Hər iki mərkəzin fəaliyyəti üzrə toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.

2013-cü il ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt, Şirvan şəhərləri, Lənkəran Siyəzən, Şamaxı, Yevlax, Ağcabədi və Siyəzən rayonlarında təhsil naziri tərəfindən 800-dək vətəndaş qəbul edilib. Müraciətlərin 70 faizi müsbət həll olunub.

Ötən il Təhsil Nazirliyinə ümumilkdə, 60 976 sənəd daxil olub. Bunlardan 25 672-si məktub, 27 259-u ərizə, 4 145-i faks və teleqram, 3 900-ü elektron müraciətlərdən ibarətdir.

APA

Tarix
2014.06.13 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla