Yuxarı

Avtobus sürücüsünü döyən şəxs həbs edildi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:16

Bakı avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov tutularaq sentyabrın 20-də istintaqa təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. C. Bədəlova həmin maddə üzrə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Orxan Mansurzadə bildirib ki, həmin şəxs haqqında bu gün məhkəmə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Qeyd edək ki, sentyabrın 18-də axşam saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

***

Bakıda avtobus sürücüsünü döyən Cavidan Bədəlov barədə həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında Cavidan Bədəlov barəsində 2 aylıq həbs qərarı elan edilib.

Tarix
2017.09.22 / 18:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla