Yuxarı

Göstərişi Eldar Mahmudov verib – “MTN işi”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Axar.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə MTN-nin keçmiş əməkdaşı, general-mayor Məzahir Yaqubov ifadə veib. O, Azərsu ASC-də iqtisadçı işləmiş Mətləb Mustafayevin qanunsuz olaraq həbs edilməsi epizodu üzrə danışıb. Bildirib ki, Mətləb Mustafayev həbs olunandan sonra onunla üç dəfə görüşüb:

"Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin göstərişi ilə Mətləb Mustafayevin üzərində "Polqraf" aparatı ilə əməliyyat aparmışıq. Bu həmin şəxsin düzgün danşıb-danışmaması ilə bağlı olub. Ürək döyüntülərindən hiss etdik ki, Mətləb Mustafayev düz danışır. Bu əməliyyatlarda İlqar Əliyevin özü də iştirak edib".

Mətləb Mustafayev bildirib ki, həbsdə olduğu müddətdə Məzahir Yaqubovla 3 dəfə deyil, 5 dəfə görüşüb:

"Həmin görüşlərdə verilən 80 sualdan cəmi 3 və ya 4-ü tapança ilə bağlı olub. Qalan suallar isə çaşdırıcı suallar olub. Tapançanı haradan və neçəyə almağım barədə isə heç bir sual verilməyib".

Prokuror Elçin Quliyevdən "Polqraf" aparatının istifadəsinə razı olub-olmamasını soruşub. Elçin Quliyev isə cavab verib ki, həmin aparat bütün dünyada istifadə edilir və heç bir təhlükəsi yoxdur. Onun sözlərinə görə, həmin aparatdan istifadə edilməsi üçün şəxsin razılığı olub.

Məzahir Yaqubov da bildirib ki, aparatdan istifadə edilməsi üçün Mətləb Mustafayevin razılığı olub.

Mətləb Mustafayev isə generalın yalan danışdığını deyib, həmin aparatla üzərində əməliyyat aparılması üçün heç bir yazılı və ya şifahi razılığı olmayıb.

Daha sonra Monitorinq Mərkəzinin əməkdaşı Təranə xanım ifadə verib. O bildirib ki, telefon danışıqlarının dinlənilməsi üçün göstərişi nazir Eldar Mahmudov verib. Onun sözlərinə görə, nazirin göstərişi, Natavan Mirvətovanın dərkənarı ilə şəxs və ya şəxslərin telefonlarını dinləyiblər:

"Telefonların dinlənilməsi üçün bizə məhkəmə qərarı təqdim edilməyib. Bizə ümumiyyətlə məhkəmə qərarı təqdim edilməyib".

Daha sonra prokuror Mahirə Süleymanovanın məhkəməyə məcburi gətirilməsi barədə vəsatət verib.

İddia olunur ki, Mahirə Süleymanova Elçin Quliyevin tanışı olub.

Elçin Quliyev deyib ki, Mahirə Süleymanovaya himayədarlıq etməyib.

Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses sentyabrın 25-də davam edəcək.

Tarix
2017.09.22 / 13:19
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla