Yuxarı

AAAF Park rəhbərinin həbsi ilə bağlı prokurorluqdan - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:57

AAAF Park Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov hazırda Kosovadadır. Onun həbsi ilə bağlı yazılanlar əsasızdır.

Bu sözləri Axar.az-a açıqlamasında AAAF Park Yaşayış Kompleksinin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Parkın ərazisindəki bütün obyektlərə Baş Prokurorluq tərəfindən həbs qoyulması, parkın rəhbərinin həbsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.

Onu sözlərinə görə, park ərazisindəki bütün obyektlər normal işləri ilə məşğuldur, heç bir obyektdə axtarış aparılmır:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda mən buradayam. Burada heç bir polis və prokurorluq işçisi araşdırma aparmır. Obyektlər də fəaliyyətini davam etdirir”.

K.Məstəliyevin sözlərinə görə, Tofiq Heydərov bir neçə gün öncə Bakıda olub:

“Tofiq müəllim hazırda Kosovadadır. Orada Ağır Atletika Federasiyasının nümayəndə heyəti ilə yarışın açılışında iştirak edir. Tofiq müəllimin hansısa dini sektanın üzvü olması ilə bağlı deyilənlər də əsassızdır. Həqiqəti əks etdirmir”.

***

Baş Prokurorluq həbsi haqda məlumat yayılan AAAF Park Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərov barədə açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Axar.az-a verdiyi məlumata görə, bəzi KİV-lərdə AAAF Park Kompleksində prokururluq orqanları tərəfindən araşdırma aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Tofiq Heydərovun həbsi və kompleksdə prokurorluq əməkdaşları tərəfindən yoxlamanın aparılması barədə məlumatlar tərəfimizdən təkzib edilir", - E.Sultanov bildirib.

Qeyd edək ki, AAAF Park Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edildiyi haqda mediada məlumat yayılıb.

Kompleksin mətbuat katibi isə prokurorluq orqanlarının deyil, məhkəmə icraçılarının AAAF Parkda inventarizasiya apardığını təsdiqləyib.

Tarix
2017.09.22 / 16:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla