Yuxarı

Təfəkkür Universitetində nə baş verir? – Müəmma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil ilinin başlanmasına baxmayaraq, Təfəkkür Universitetindən köçürülən tələbələrin taleyi hələ də müəmmalı olaraq qalıb. Universitet tələbələrin sənədlərini vermədiyi üçün onlar transfer olunduqları ali məktəblərə sənədlərini təqdim edə bilmirlər.

Axar.az xəbər verir ki, Təfəkkür Universitetinin Təsisçilər Şurası ötən ilin oktyabr ayında maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Nazirlik də universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitməsini və universitetin akkreditasiyadan yenidən keçməməsini nəzərə alaraq, bu tədris ilində universitetə tələbə qəbulunu dayandırıb və tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi haqda qərar qəbul edib.

Qeyri-qanuni köçürülmə, ya “Təfəkkür”ün tələbələrinə güzəşt?

Təhsil Nazirliyi Təffəkür Universitetinin tələbələrinə müraciət edərək, onların “transfer.edu.az” saytı vasitəsi ilə ballarına uyğun universitet seçə biləcəklərini bildirib. Nazirliyin qərarına inanan tələbələr həmin saytda axtarışlara başlayıblar. Məsələnin maraqlı tərəfi də elə bundan sonra başlayıb. Belə ki, saytda qeydiyyat prosesi zamanı tələbələrdən şəxsiyyət vəsiqəsindən başqa heç bir hüquqi sənəd tələb olunmayıb. Qeyd edək ki, digər universitetlərdən transfer olunan tələbələr üçün sayt akademik transkript və s. sənədlər tələb edir.

Təfəkkür Universitetinin rəsmiləri nazirliyin verdiyi lisenziyanın 2020-ci ilin aprelinə qədər qüvvədə olduğunu vurğulayaraq, universitetin yenidən akkreditasiya almalı olduğunu deyiblər.

Təfəkkür Universiteti digər universitetlərə transfer olunan tələbələrin sənədlərini vermək niyyətində deyil. Əsas kimi saytdan qeydiyyatdan keçən tələbələrdən sənəd tələb olunmadığı kimi, transferdən sonra da sənədin istənilməsinin doğru olmadığını göstəriblər. Sənədlərini istəyən tələbələrə “Nazirlik sizi tək şəxsiyyət vəsiqəsi ilə transfer etdiyi kimi, indi də köçürüldüyünüz universitetdə tək şəxsiyyət vəsiqəsi ilə oxuyun”, - sözlərini deyiblər.

Təhsil Nazirliyinin bu universitetdə təhsil alan tələbələrə diplomların verilməyəcəyi barədə qəti mövqeyindən sonra isə vəziyyət daha da çətinləşib. Bu mövqe tələbələrin köçürülməsi prosesini sürətləndirmək əvəzinə qarşı tərəfin etirazına səbəb olub. Təfəkkür Universitetindən verilən açıqlamada lisenziya müddətinin 2020-ci ildə bitəcəyi üçün Təhsil Nazirliyinin diplom verməməyə haqqının olmadığı vurğulanıb. Bir qədər də irəli gedən universitet rəhbərliyi hətta təsisçilərin ali məktəbin fəaliyyətini davam etdirməsi üçün nazirliyə təkrar müraciət göndərdiyini açıqlayıb.

Məsələyə təhsil eksperti Kamran Əsədov da münasibət bildirərək qeyd edib ki, həmin universitetdən tələbələrin köçürülməsi zamanı dövlət tərəfindən qəbul edilmiş normativ hüquqi aktlar pozulub:

“Universitet tərəfindən sənəd verilmədən tək şəxsiyyət vəsiqəsi ilə tələbələrə şərait yaratmaq Təfəkkür Universitetinə qarşı hörmətsizlik və qanun pozuntusudur. Əgər Təhsil Nazirliyi tələbələrdən narahatdırsa, niyə uzun müddətdir bağlanmış Beynəlxalq Universitetin 20 mindən çox tələbəsinin taleyinə biganə yanaşır? Beynəlxalq Universitet üçün də məsələyə bu cür yanaşmalı idilər. Hazırda Təfəkkür Universitetində təhsil alan tələbələr 4 il müddətinə universitetlə müqavilə bağlayıblar. Universitetin rəhbərliyi də özlərinin maliyyə itkilərinin qarşısını almaq üçün həmin tələbələrin sənədlərini vermir. Əlbəttə, Təfəkkür Universiteti bütün məsuliyyəti öz üzərinə götürərək 4 ildən sonra tələbələrinə dövlət nümunəli rəsmi şəkildə elektron bazada olan diplom verə biləcəksə, onların köçürülməsi qanuna müvafiq deyil. Əgər bir neçə ildən sonra tələbələrin diplomları ilə bağlı problem yaşanacaqsa, köçürülməsinə müsbət cavab alan tələbələrin sənədləri verilməli, təhsil almaqlarına şərait yaradılmalıdır. Yenə də deyirəm, təhsil kiminsə pul qazanmasına deyil, ölkənin inkişafına və insanların təhsilinin əlçatanlığına xidmət etməlidir”.

Tarix
2017.09.22 / 15:18
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla