Yuxarı

İcra başçısı Van Veyquanla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sentyabrın 22-də Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyasının prezidenti, akademik Van Veyquanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rayon icra hakimiyyətindən Axar.az-a bildiriblər ki, görüşdə Süleyman Mikayılov Azərbaycanın keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumat verib.

Bildirilib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bir çox inkişaf etmiş ölkələrlə xüsusilə Avropa və Asiya ölkələri ilə bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələr qurub. Bu əlaqələr içində ən önəmlilərdən biri də Çin Xalq Respublikası ilə olan münasibətlərdir. Azərbaycan və Çin arasında tarixən ticarət və mədəni əlaqələr mövcud olub. Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqaza və oradan Qara Dəniz vasitəsilə Avropaya qədər uzanıb.

Qeyd edilib ki, əlverişli coğrafi mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin bu üstünlüyündən səmərəli istifadə olunması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən strateji qararlar qəbul edilib. Bu istiqamətdə mühüm tədbirlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonasının yaradılmasıdır.

Süleyman Mikayılov deyib ki, Azərbaycan iqtisadi və siyasi baxımdan sabit, əlverişli investisiya mühiti olan və xarici sərmayəçilər üçün cəlbedici ölkədir. Azərbaycan hökumətinin ölkəmizdə qeyri-neft sektorunun inkişafına verdiyi böyük önəm, həmçinin vergi, gömrük sistemlərinin təkmilləşdirilməsi və lisenziyaların verilməsi qaydalarının sadələşdirilməsi istiqamətində həyata keçirdiyi islahatlar xarici şirkətlərin fəaliyyətinin inkişafına töhfə verməkdədir.

Azərbaycanın ən iri sənaye mərkəzlərindən biri olan Qaradağ rayonu ölkəmizin iri neft-qaz və ağır sənaye müəssisələrinin yerləşdiyi məkanlardandır. Hazırda rayon ərazisində 90 sənaye müəssisəsi var ki, onlardan 22-si respublika əhəmiyyətli iri istehsal obyektidir. Qaradağ rayonu Çinin bir sıra vilayətləri ilə iqtisadi və mədəni əlaqələrini genişləndirib, qarşılıqlı səfərlər və işgüzar görüşlər keçirilib, əməkdaşlığın inkişaf etdirilməsinə dair müvafiq razılaşmalar əldə edilib.

Çinin İctimai Elmlər Akademiyasının Prezidenti Van Veyquan vurğulayıb ki, Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirəcəyi layihələr ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi və mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək.

Görüşdə ikitərəfli layihələrlə bağlı təqdimatlar olub.

Tarix
2017.09.22 / 21:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla