Yuxarı

Sumqayıtda və Novxanıda yararsız ərzaq satılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi marketlərdə xeyli miqdarda saxlanma müddəti bəlli olmayan toyuq əti aşkarlayıb.

Komitənin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi əməkdaşları Sumqayıt və ətraf qəsəbələrdəki bir neçə ictimai iaşə və ticarət obyektlərində dövlət nəzarəti tədbirləri həyata keçiriblər.

Nəticədə Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən fiziki şəxs Əsgərova Südabə Valeh qızına məxsus "Ucuz market" mağazasında "Halal Qafqaz Toyuqları" və "Giləzi Quşçuluq Şirkəti"nə məxsus olan, qablaşdırılması düzgün aparılmayan, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan toyuq ətləri aşkar edilib.

Bərdə, Yevlax və Mingəçevir şəhərlərindəki marketlərdə də yoxlamalar zamanı oxşar hallar aşkarlanıb.

Abşeron rayonu, Novxanı kəndində yerləşən "Bakı-Praqa" MMC-də yoxlamalar zamanı burada istehsal olunan "Novxanı", "Starapraqa", "Starapraqa Draft" və "Golden Malt" pivələrinin istehsalı və qablaşdırılması zamanı istifadə olunan xammal və butulkaların gigiyenik və uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Məhsulların qablaşdırılması zamanı ciddi nöqsanlara yol verildiyi üzə çıxıb.

Etiketlənmə zamanı məhsulun yararlılıq müddəti 21 gün olduğu halda əsassız olaraq 30 gün olaraq qeyd edilib, məhsulun istehsalında istifadə edilən bəzi qatqılar etiketlənmədə öz əksini tapmayıb. Həmçinin istehsal olunan məhsul sınaqlar aparılmadan satışa çıxarıldığı, istehsalat laboratoriyasında istismar edilən ölçmə və sınaq vasitələrinin böyük əksəriyyətinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı məhsullardan nümunələr seçilərək müayinə olunması üçün laboratoriyaya təqdim edilib, müəssisənin rəhbərinə məhsul istehsalı və satışının qadağan edilməsi barədə, yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamələr verilib və inzibati xəta haqqında protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

Tarix
2014.06.13 / 18:25
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla