Yuxarı

Sabirabadda valideyn müəllimi döydü – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon 7 saylı Zülfü Hacıyev adına tam orta məktəbdə Azərbaycan reallığı üçün qeyri-adi sayılacaq hadisə baş verib, valideyn müəllimi haminin gözü qarşısında döyüb.

"Axar.az"ın məlumat verən qaynağın sözlərinə görə, məktəbin 3-cü sinif şagirdi Suliddin Əlövsət oğlu Dadaşovu tədris hissə müdiri və ingilis dili müəllimi Ruhin Əsədov cəzalandırıb; döyüb, qulağını dartıb. Bundan əsəbiləşən Suliddin Dadaşovun atası Əlövsət məktəbə gəlib və müəllimi hamının gözü qarşısında o qədər döyüb ki, Ruhin Məmmədov xəstəxanalıq olub.

Qaynaq bildirir ki, hazırda Sabirabad rayon Polis İdarəsində cinayət işi qaldırılıb.

Sabirabad Polisi araşdırma aparır

Sabirabad Rayon Polis İdarəsindən belə bir hadisənin baş verdiyini təsdiqləyərək, işin təhqiqatçısı, polis mayoru Mahir Nuriyevin icraatında icraatında olduğunu bildirdilər.

Mayor Mahir Nuriyev isə "Axar.az"a açıqlamasında hadisənin oktyabrın 24-də baş verdiyini söylədi: "Ruhin Məmmədov 3-cü sinif şagirdi Suliddin Dadaşovu həqiqətən tənbeh etdiyini boynuna alıb. Belə ki, şagir dərslərini hazırlamadığına və dərsdə özünü yaxşı aparmadığına, sinifdə hay-küy salıb dərsə mane olduğuna görə müəllim onu cəzalanıb. Şagirdin atası Əlövsət isə oğlunun məktəbə getmək istəmədiyini və səbəb kimi də Ruhin müəllimin daima onu döydüyünü izahatında göstərib. Ata məktəbə gedib və Ruhin müəllimlə mübahisələri sonda dava ilə bitib".

Mahir Nuriyev onu da qeyd etdi ki, hazırda ekspertizanın rəyi hazır olmadığına görə araşdırma aparılır və hələlik cinayət işi qaldırılmayıb. Ekspertizanın rəyindən asılı olaraq CM-nin 128, yaxud 132-ci maddələri ilə cinayət işi açıla bilər.

Tarix
2013.11.21 / 23:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla