Yuxarı

Mehman Hüseynov hakimə məktub yazdı – Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan bloqçu Mehman Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlanıb.

Bu barədə Axar.az-a Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, kasdasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatındadır.

İlkin baxış iclası sentyabrın 29-na təyin edilib.

Elçin Sadıqovun sözlərinə görə, Mehman Hüseynov məhkəmədə iştirakını təmin etməsi üçün hakimin adına məktub ünvanlayıb: “Qanunvericiliyə görə, cəzaçəkmə müəssəsisində cəza çəkən Mehman Hüseynovun prosesdə iştirakı təmin edilməlidir”.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.

O, hökmdən apelyasiya şikayəti verib, bəraət istəyib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.

Azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər. DİN məlumatı təkzib edib və bloqçunun böhtan atdığı barədə açıqlama yayıb.

Tarix
2017.09.23 / 14:06
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla