Yuxarı

Millət vəkili türk gənclərə müraciət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Kırşəhər bələdiyyəsinin dəvəti ilə “Türk dünyasının ağır problemləri və birliyin önəmi” adlı konfransda iştirak edib.

Axar.az xəbər verir ki, konfransda çıxış edən millət vəkili Qarabağ və türk dünyası həqiqətlərinin dünyaya geniş miqyasda yayılması üçün birliyin daha da gücləndirilməsi lazım olduğunu bildirib. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, onların törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından geniş danışıb.

Qənirə Paşayeva qeyd edib ki, gənclər hazırda əsas təbliğat vasitələrindən olan sosial mediada, virtual aləmdə fəal olmalı və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu vasitələrdən istifadə etməlidir.

Tədbirin sonunda Kırşəhər rəsmiləri, bələdiyyə başqanı köməkçisi Əmrə Şahinçi çıxış edərək millət vəkili Q.Paşayevaya təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini vurğulayıb.

Q.Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış “Turan yolçusu” və “Eşq yolçusu” kitabını hədiyyə edib.

Tarix
2017.09.23 / 14:33
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla