Yuxarı

Kəmaləddin Heydərov NATO nümayəndəsi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-dən Axar.az-a verilən məlumata görə, Kəmaləddin Heydərov Azərbaycanla NATO arasında ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək FHN-nin NATO-nun müvafiq qurumları ilə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı söhbət açan nazir FHN əməkdaşlarının mütəmadi olaraq həm NATO tərəfindən, həm də birgə təşkil olunmuş müxtəlif təlim, planlaşdırma görüşləri, plenar iclas və seminarlarda iştirakının vacibliyini vurğulayıb.

Öz növbəsində, Ceyms Appaturay mövcud münasibətlərin əhəmiyyətindən bəhs edərək qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Qonaq FHN əməkdaşlarının mütəmadi olaraq NATO-nun müvafiq qurumlarında bilik və təcrübələrin qazanması istiqamətindəki fəaliyətini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Tarix
2017.09.26 / 15:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla